“Facebook”da polisi təhqir edən sürücü cəzalandırıldı
Lent.az-ın “caradisiac.com”a istinadla xəbərinə görə, məhkəmə “Facebook” sosial şəbəkəsində polisi təhqir edən sürücünü 1200 avro cərimə edib və 3 ay həbslə cəzalandırıb.
Hadisə isə belə baş verib: bir neçə ay əvvəl alkoqol müayinəsi zamanı polis onun sürücülük vəsiqəsini alıb və avtomobili cərimə meydançasına qoyub. Bundan əsəbiləşən sürücü polisdən qisas almaq qərarına gəlir. O, “Facebook”dakı səhifəsinə polislərə qarşı təhqir dolu materiallar yerləşdirib, onların ünvanına söyüşlər göndərib. Bu söyüşlərdən sıravi polislərlə yanaşı yüksək rütbəli zabitlər də “payını alıb”. Məhkəmə isə bu vəziyyəti “hədə-qorxu gəlmə” maddəsi ilə tövsif edib.
Qeyd edək ki, Avropa ölkələrində sürücülərə tez-tez maraqlı cəzalar kəsilir. Məsələn, ötən il Cenevrə məhkəməsi bir nəfəri 9 ay sürücülük hüququndan məhrum etmiş, 1 il ərzində isə spirtli içki qəbul etməyi qadağan etmişdi. Vətəndaş isə içmədiyini sübut etmək üçün ayda 2 dəfə öz hesabına tibbi müayinədən keçərək nəticələri polisə təqdim etməli idi.
Vüqar Ələsgərov

Oxşar yazılar

İsrail Tehran ətrafında hücum əməliyyatına başladı
18 iyun 2025 , 03:58
Əhmədinejat öldürülüb? - Ofisi məlumat yaydı
17 iyun 2025 , 23:38
Xameneinin harada gizləndiyini bilirik, o, asan hədəfdir – Tramp
17 iyun 2025 , 21:01
Hücumdan 3 gün əvvəl İrana xəbərdarlıq edən ölkə: İsrail sizi vuracaq
17 iyun 2025 , 17:47
İsrail Tehran radiosunu da vurdu
17 iyun 2025 , 16:16
Ümit Özdağ azadlığa buraxıldı
17 iyun 2025 , 15:23
İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47