İranın atom elektrik stansiyası vuruldu!
27 sentyabr 2010 10:31 (UTC +04:00)

İranın atom elektrik stansiyası vuruldu!

İranın Buşəhr Atom Elektrik Stansiyasında bir rus mütəxəssisin kompüterindən sızan “Stuxnet” adlı virus stansiyanın fəaliyyətinin dayanmasına səbəb olub.

Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, İsrail kəşfiyyatına yaxınlığı ilə seçilən “Debka” saytı kompüter virusu əməliyyatının ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin kəşfiyyat orqanı MOSSAD-ın birgə hazırladığını bildirib.

İran dünən məcburiyyət qarşısında faktiki nüvə proqramını dayandırmalı olub. Stuxnet virusu İranın nüvə proqramı ilə bağlı 30 min kompüterə yoluxub və hökumət stansiyada “Smimens” markalı bütün kompüterləri nəzarət altına alan virusun qarşısında çarəsiz qalaraq stansiyanın fəaliyyətini dayandırıb. İran prezidenti Mahmud Əhmədinejadın atom elektrik stansiyasının fəaliyyətini dayandırmasına çox əsəbiləşdiyi bildirilir.

Qeyd edək ki, “Stuxnet” virusu ilk dəfə bu ilin iyununda Belarusda bir firmanın kompüterlərinə aşkarlanıb. İndiyə qədər dünyanın müxtəlif ölkələrində 45 min şəbəkəyə yoluxub. “Stuxnet” virusu virusların əksəriyyətindən fərqli olaraq internetə qoşulmamış kompüterlərə yoluxur. Virus fayl köçürmək üçün istifadə olunan USB açarları vasitəsilə yayılır. Daxili şəbəkədə bir kompüterə yoluxan virus sürətlə digər kompüterlərə yayılır. Virus sənaye obyektlərinə nəzarəti həyata keçirən proqram təminatının konfiqurasiyasını axtarır. Əgər bu konfiqurasiyanı tapmırsa, zərərsiz qalır. Yox, virus sənaye obyektlərinə nəzarəti həyata keçirən proqram təminatının konfiqurasiyasını tapırsa, bunu nəzarət altına alır və sənaye avadanlıqlarının idarəetməsini əlinə keçirir.

Beləliklə, virus mühərrikləri söndürə, obyektlə temperaturu müşahidə edə və soyuducunu tənzimləyə, sonda avadanlıqlara ümumilikdə obyektin məhv edilməsi tapşırığını verə bilər. “Stuxnet” digər viruslardan fərqli olaraq antivirus proqramlarından yayınmaq xüsusiyyətinə və müxtəlif metodlarla müdafiə olunan şəbəkələrə sızmaq qabiliyyətinə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar