Mahaçqalada qanlı döyüşlər gedir
Sentyabrın 24-də saat 23:30 radələrində Dağıstanda terrorçu-kamikaze milis əməkdaşlarına hücum edib. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, həmin vaxt milis əməkdaşları Mahaçqalada silahlılar olan evi mühasirəyə alıblarmış.
Terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 26 nəfər yaralanıb. Yaralıların 20 nəfəri milis əməkdaşı, qalanları mülki şəxsdir. Bir neçə saat sonra yayılan məlumatda isə bildirilir ki, xüsusi təyinatlı milis dəstəsinin 2 əməkdaşı və 2 silahlı ölüb, 1 silahlı saxlanılıb. Mahaçqalanın bu rayonunda fövqəladə vəziyyət elan olunub. Silahlıların mühasirəyə alındığı evin ətrafında gecə əməliyyat dayandırılıb. Səhər saatlarında əməliyyat yenidən başlayıb.
Bu gecə yarısı da silahlılar Mahaçqalada milis əməkdaşlarına hücum ediblər. Milis əməkdaşlarını aparan avtobus hədəfə götürülüb. Bu dəfə qurbansız ötüşmək mümkün olub.
Bu arada səhər saatlarında Kabardin-Balkarda da terrorçu-kamikazenin özünü partlatması xəbəri gəlib. Terrorçu-kamikaze özünü Nartkala şəhərində Federal Təhlükəsizlik Xidmətinin binası qarşısında partladıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları arasında xəsarət alan yoxdur. Terrorçu-kamikadzenin də şəxsiyyəti dəqiqləşdirilib. Bu, axtarışda olan Nartkal şəhər sakini Oleq Nizovdur.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27
SEPAH-ın yeni vəzifəyə təyin olunan generalı da öldürüldü
17 iyun 2025 , 11:00
İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdu - RƏSMİ
17 iyun 2025 , 10:35
Təbrizdə iki partlayış baş verdi
17 iyun 2025 , 09:55
İsrail polisi ölkədəki xarici KİV-lərin qaldığı yerlərə basqın etdi
17 iyun 2025 , 08:18
Fətullah Gülənin əmisi oğlu saxlanıldı
17 iyun 2025 , 05:43
SON DƏQİQƏ: Ukrayna kütləvi dron və raket hücumuna məruz qaldı
17 iyun 2025 , 04:21