“Karl” 22 nəfəri öldürüb, 20 nəfəri itkin salıb
Leysan yağış və güclü küləklə müşahidə olunan “Karl” qasırğası Meksikanın şərqində yerləşən Verakrus ştatında 22 nəfərin ölümünə, 20 nəfərin itkin düşməsinə yol açıb. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, həftə ərzində ştat ərazisinə 215 millimetr yağış düşüb.
Qasırğa yüzlərlə ağacı qırıb, elektrik dirəklərini aşırıb. Fəlakət zonasından 150 min insan köçürülüb. Ümumiyyətlə, “Karl” qasırğasından 500 minə qədər insan əziyyət çəkib. Bu insanlar bir neçə gündür ki, elektrik enerjisindən mərhumdurlar.
Bu arada Meksikanı növbəti qasırğanın vuracağı xəbəri gəlib. Sakit okeanda, Meksikanın Cənubi Kaliforniya ştatı sahillərində formalaşan “Corcet” qasırğası hazırda Kabo-San-Lukas şəhərindən 100 kilometr cənub-şərqdədir və şimal-qərb istiqamətində saatda 15 kilometr sürətlə hərəkət edir. Cənubi Kaliforniya ştatında əhaliyə qasırğa təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Oxşar yazılar

SEPAH: İran səhərə qədər İsraili vuracaq
17 iyun 2025 , 01:40
İrandan İsairlə növbəto raket zərbəsi
16 iyun 2025 , 23:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18
Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59
İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51