İran “Allahın əsgərləri”nin 13-nü edam etdi
Lent.az-ın “İRNA” agentliyinə istinadən verdiyi məlumata görə, “Cundallah” təşkilatının liderinin qardaşı Abdülalik Riginin edamı isə təxirə salınıb.
Edam edilənlər bu ilin mayında İranda bir məsciddə 25 nəfərin ölümünə səbəb olan partlayış törətməkdə günahlandırılırlar.
Qeyd edək ki, “Cundallah” sünni qruplaşmasıdır və əhalisinin əksəriyyətini sünni müsəlman olan etnik bəllucların yaşadığı Sistan-Bəllucistan əyalətinin müstəqilliyi uğrunda mübarizə aparır. İran Əfqanıstan və Pakistan sərhədində yerləşən bu əyalətin müstəqilliyi uğrunda mübarizə aparan “Cundallah”ın “əl-Qaidə” terror təşkilatının bir qolu olduğunu iddia edir.
İran hakimiyyəti öncə edamın Sistan-Bəllucistan əyalətinin mərkəzi Zahedan şəhərində açıq, xalq önündə icra ediləcəyini bəyan etmişdi. Edamın nə üçün açıq yox, həbsxanada qapalı şəraitdə icra edilməsinə aydınlıq gətirilməyib.

Oxşar yazılar

SEPAH: İran səhərə qədər İsraili vuracaq
17 iyun 2025 , 01:40
İrandan İsairlə növbəto raket zərbəsi
16 iyun 2025 , 23:59
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18
Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59
İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51