Nyu-Yorkda Əhmədinijata sui-qəsd cəhdinin üstü açılıb
Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, kürdlərə məxsus olduğu iddia edilən «ekurd.com» saytı yazıb ki, ABŞ xüsusi xidmət orqanları İranın hökumət başçısına qarşı sui-qəsd planını aşkarlayıb.
Məlumata əsasən, ötən gecə Nyu-Yorkun Roçestere məntəqəsində 4 sui-qəsdçi tutulub. Onların İran hakimiyyətinə müxalif qruplardan birinin təmsilçiləri olduğu ehtimal edilir. Bu müxalif qurum İslam Respublikasındakı mövcud hakimiyyəti devirmək istəyir. Həbs olunanların yaşadığı mənzildə qumbara, partlayıcı maddə, atıcı silahlar və yerli ərazinin xəritəsi aşkarlanıb.
Onların kürd terrorçuları olması haqda məlumatı ABŞ-ın rəsmiləri təsdiqləməyiblər. Bu təşkilatın İran Xalq Mücahidləri Təşkilatı olması ehtimalı da az deyil. Düzdür, qurum hələ məsələyə rəsmi münasibətini bildirməyib. Ancaq İraqın Şimalındakı kürdlərin xalq mücahidlərlə ilə arası o qədər də yaxşı deyil. Çünki İran-İraq savaşı zamanı mücahidlər İrandakı rejimi devirmək məqsədi ilə Səddam Hüseynə yardım ediblər. Bundan başqa, İraqın o vaxtkı hökumət başçısının həmin müxalifətdən İraqın Şimalındakı kürd yaraqlılarına qarşı istifadə etdiyi də məlumdur.
Bu baxımdan, «ekurd.com» saytı bu xəbəri mücahidləri gözdən salmaq üçün də yaya bilər. Xalq mücahidləri həm də ABŞ-ın terrorçu saydığı təşkilatlardandır. Həmin qüvvələr beynəlxalq ictimai rəydə indiki Tehran hakimiyyətinə qarşı əsas müxalifət sayılır. İrandakı rejimə «Kim daha çox müxalifətdir?» «yarışında» kürdlər bütün təşkilatları qabaqlamağa çalışır. Bununla onlar İraqdakı olduğu kimi, gələcəkdə İrandan da daha çox pay almaq niyyətindədirlər.
Sədrəddin Soltan

Oxşar yazılar

İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18
Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59
İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 08:47
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11