Əhmədinijat «italiyalı fahişə» yazanlara qəzəbləndi
20 sentyabr 2010 15:11 (UTC +04:00)

Əhmədinijat «italiyalı fahişə» yazanlara qəzəbləndi

Bunun ardınca barəsində ölüm hökmü çıxarılıb. Beynəlxalq ictimaiyyət onun haqqını müdafiə etməyə qalxıb. Onun müdafiəçilərinin sırasında Fransa prezidentinin xanımı Karla Bruni də var.

BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə İran prezident Mahmud Əhmədinijat yerli mətbuata müsahibəsində Karla Brunini müdafiə edib. O, İranda çıxan «Keyhan» qəzetinin Fransa prezidentinin həyat yoldaşını «fahişə» adlandırmasını kəskin edərək, deyib ki, belə hücumlar İslam qaydalarına ziddir.

Əhmədinijat bildirib ki, Avropa dövlətlərindən birinin həyat yoldaşının «bu sayaq təhqir edilməsi qəti şəkildə qəbuledilməzdir». Onun qənaətinə əsasən, belə məqalələr «islama zidd» olmaqla yanaşı, hətta bu yazı «hazırda cinayət sayılır», buna görə ona cəza düşür.

İslam Respublikasının hökumət başçısı müsahibəsində «Keyhan»ın adını çəkməyib.

Xatırladaq ki, bu qəzet avqust ayında çıxan sayında Səkinə Məhəmməd-Aştianini müdafiə etdiyi üçün Karla Brunini «italiyalı fahişə» adlandırmışdı. Qəzetin baş redaktoru İranın ali rəhbəri ayətulla Xamneyi tərəfindən təyin olunur.

Fransa dövləti məsələ ilə bağlı iddia qaldırıb.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar