25 dollara Kalaşnikov avtomatı
Lent.az-ın məlumatına görə, Türkiyənin tanınmış hərbi jurnalisti Tuncər Bahçıvanın «Qazeteci.tv» portalı üçün Şimali İraqdan hazırladığı reportajda Ərbil bölgəsində silah satışı ilə bağlı maraqlı faktlar və fotolar yer alıb.
Jurnalist yazır ki, Şimali İraqdakı şəhərlərdə istənilən yüngül və ağır silahları elə küçədən, özü də su qiymətinə almaq mümkündür. Amma bu silahların haradan alındığı bəlli deyil. Onların arasında keçmiş İraq ordusundan qalanlar, ordunun anbarlarından oğurlananlar, hətta Əfqanıstandan gətirilmişlər belə var. Bu silahlar İraq, Türkiyə və Suriya arasında əldən ələ keçir və yenidən təkrar bazara çıxarılır. Bazarda ən son model silahlar «Walther P-99» və «Glock» tapançalarıdır. Bu silahların qiyməti 400 və 800 dollar arasındadır. RPG-7 qumbaraatanını 100 dollara satın almaq mümkündür. İraq istehsalı olan, İtaliyanın «Berretta» şirkətinin F-92 tapançasının oxşarı olan İraqın bir vaxtlar istehsal etdiyi «Səddam» adlanan tapança isə Şimali İraqda ən geniş yayılan fərdi silahlardandır. Ərbildə qiyməti 100-150 dollardır.
Bu ərazidə ən ucuz satılan silah Kalaşnikov avtomatıdır. Küçədən, yaxud şəhər bazarındakı piştaxtalardan bu silahı 25 dollara belə almaq mümkündür. Kalaşnikovun keyfiyyətliləri isə bir qədər bahadır – 150-200 dollar: «Savaş bölgələrindən toplanmış silahlar bəzən keyfiyyətsiz çıxır. O təmir olunur. Təmizlənir, parıldadılıb vitrinə qoyulur. Ünvana təhvil-təslim xidməti də var. Bölgədə silahsız ev yoxdur. Hər evdə Kalaşnikov avtomatı var».
Rəşad

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18
Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59
İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11