İran-Suriya-Venesuela reysi terrorçuları daşıyırmış?
Lent.az-ın «MIGnews»-a istinadən məlumatında bildirilib ki, Venesuelanın «Conviasa» Milli Aviaşirkəti Venesuela-Suriya-İran hava xətti ilə uçuşdan terrorçuluq fəaliyyətində istifadə olunduğunu əsas götürərək, bu marşrutu ləğv edib.
Aviaşirkət ABŞ Dövlət Departamentinin «terrorçuların və qanunsuz silahların gizli reyslə ötürülməsinə» görə kəskin tənqidinə məruz qalıb.
«Biz təəssüf edirik, Tehran reysini gerçəkləşdirə bilməyəcəyik. Uçuşun yenidən bərpa ediləcəyi haqda bir söz deyə bilmərəm. Əvvəllər hər həftənin ikinci günü Venesuelanın paytaxtı Karakasdan uçuş həyata keçirilirdi. İndi bu reys təxirə salınıb» - deyə, şirkətin təmsilçisi söyləyib.
Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin xüsusi xidmət orqanlarının təsdiqlədikləri məlumatlara əsasən, bu reysi «Conviasa» və «Iran Air» gerçəkləşdirirmiş. Şirkətlər bu marşrutu adi kommersiya reysi kimi qeydə alsalar da, indiyə kimi heç bir sərnişinin bu məqsədlə qabaqcadan aldığı bilet İran və Venesuela hakimiyyətləri tərəfindən ciddi şəkildə araşdırılmayıb. Bununla yanaşı, təyyarəyə minənlərin xarici pasportları olmayıb, habelə sərnişinlərin və onların baqajlarının siyahısı tutulmayıb. Bunlara əsaslanaraq, adıçəkilən kəşfiyyat qurumları iddia edir ki, terrorçuların təhlükəsiz uçuşu üçün bütün şərait yaradılıb.
Dövlət Departamenti Venesuelanı terrorçuların və qadağan edilmiş yüklərin, o cümlədən partlayıcı maddələrin, silahların, hətta ehtimal ki, radioaktiv maddələrin daşınmasında suçlayır.
Mərkəzi Kəşfiyyat İdarəsinin İran İslam İnqilab Keşikçiləri Qvardiyasındakı agenti bildirib ki, bu uçuş xəttindən qlobal əhəmiyyətli İran terrorçuları istifadə edirmiş.
ABŞ Müdafiə Nazirliyinin keçmiş təhlilçisi Piter Bruksun qənaətincə, qvardiyanın zabitləri bu uçuşla Venesuelaya gələrək, ölkənin xüsusi xidmət orqanlarını sıralarına sirayət edirmiş.
Sədrəddin Soltan

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18
Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59
İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11