Türkiyə bankları İrana pul köçürməsini dayandırıb
İran İslam Respublikasının təmsilçiləri dövlətlər arasında ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq niyyətində olduqlarını bildirirlər.
Amma atom-nüvə proqramına görə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sanksiyaya Türkiyədəki maliyyə qurumları da etinasız qala bilmir.
Lent.az-ın «asriran» saytına istinadən məlumatına görə, Türkiyədəki bəzi banklar İrana pul köçürmə əməliyyatını dayandırıb. Bu haqda İran «Banke-Millət»-in direktorlar şurasının Türkiyə filialının sədri Yunis Hörmüzi deyib.
«ABŞ və Avropa banklarına tərəfkeşlik edən bir neçə bank BMT Təhlükəsizlik Şurasının iqtisadi qadağalarını əsas götürərək, İrana pul köçürməsini dayandırıb. «Millət» bankı köçürmə əməliyyatı ilə bağlı Türkiyənin bir sıra banklarına müraciət edib, hələlik onlardan cavab gözləyir» - deyə, o söyləyib.
İranın «racanews.ir» saytı xatırladır ki, son iki ayda Türkiyədən İslam Respublikasına göndərilən benzinin həcmi də 74 faiz azalıb.
Sədrəddin Soltan

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 20:54
İsrail İranın Dövlət Televiziyasının binasını vurdu
16 iyun 2025 , 19:18
Əkrəm İmamoğlu hakim qarşısına çıxdı: 2 aydan sonra ilk dəfə göründü
16 iyun 2025 , 14:59
İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11