Kuçma jurnalistin ölümündə Mərkəzi Kəşfiyyat İdarəsini günahlandırdı
Jurnalist Georgi Qonqadzenin öldürülməsi beynəlxalq səviyyədə hazırlanmış təxribat idi və bunu xarici kəşfiyyat orqanları təşkil edib.
Lent.az-ın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçma söyləyib.
Leonid Kuçma deyib ki, məqsəd bir prezident kimi onun və Ukraynanın etibarını dünyada aşağı salmaq olub. Sabiq prezident bildirib ki, jurnalistin ölümündən sonra təşkil edilən aksiyalarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının iştirak etdiyi barədə məlumat da alıb: “Bu aksiya üçün pul veriblər, pulla isə hər şey mümkündür”.
Ukraynanın sabiq prezidenti ABŞ hakimiyyətinin dünyaya baxışında müsbət dəyişikliklər baş verdiyini, hazırkı prezident Barak Obamanın dünyaya demokratiya ixrac etmədiklərini bəyan etdiyini xatırladıb.
Qeyd edək ki, bir gün əvvəl Ukrayna Baş Prokurorluğu Georgi Qonqadzenin ölümünü təşkil etməkdə günahlandırılan Daxili İşlər Nazirliyinin departament rəisi Aleksey Pukaçın cinayət işinin başa çatdığını, cinayətin sifarişçisinin keçmiş daxili işlər naziri Yuri Kravçenko olduğu barədə məlumat yayıb.
Jurnalistin anası isə deyib ki, oğlunun ölümünü sifariş edənlər heç vaxt tapılmayacaq: “Çünki bunun üçün bütöv bir sistem işləyib. Bu, Leonid Kuçmanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bir ssenari idi”.

Oxşar yazılar

İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 08:47
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11
İsrail Məşhəd hava limana zərbələr endirib -VİDEO
15 iyun 2025 , 19:22
İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb
15 iyun 2025 , 19:11
Tehranda partlayışlar olub -VİDEO
15 iyun 2025 , 15:20