Fransa xəstə şəxslərə vətəndaşlıq verməyəcək
Fransa parlamentinin aşağı palatasının milli məsələlər üzrə komissiyası polis, yaxud jandarmı öldürən immiqrantların ölkə vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan qanun layihəsini bəyənib.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Fransa hökuməti Parisin Qrenobl məhəlləsində bu ilin iyulunda xuliqanların polisə silahlı atəş açmasından sonra miqrasiya siyasətini sərtləşdirməyə qərar verib.
Həmin vaxt ölkə prezidenti Nikolas Sarkozi deyib ki, digər ölkələrdən gəlmiş və Fransa vətəndaşlığı almış şəxslər hüquq-mühafizə orqanlarının təmsilçilərinə hücum etdikdə, onları vətəndaşlıqdan məhrum etmək lazımdır.
Yeni qanun layihəsi Fransa vətəndaşlığı almaq üçün immiqrantların ölkə vətəndaşları ilə saxta nikaha girməsi hallarına qarşı da sərt cəzalar nəzərdə tutur. Eyni zamanda Fransa vətəndaşlığına qəbul edilən immiqrantların səhhətində problem olmaması da əsas şərtlər siyahısına daxil edilib. Bu, ölkənin sosial təminat sistemini əlavə xərclərdən azad etmək məqsədi daşıyır.
Qanun layihəsi sentyabrın 28-də parlamentin aşağı palatasında müzakirəyə çıxarılacaq.

Oxşar yazılar

İsrailin İrandakı bir nömrəli hədəfi ortaya çıxdı: DETALLAR
16 iyun 2025 , 13:17
İsraildən XƏBƏRDARLIQ: Tehrandakı binaları və məhəllələri dağıdacaq
16 iyun 2025 , 10:51
Bu ölkədə müxalifətçi jurnalist edam edildi
16 iyun 2025 , 09:31
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 08:47
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11
İsrail Məşhəd hava limana zərbələr endirib -VİDEO
15 iyun 2025 , 19:22
İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb
15 iyun 2025 , 19:11