Yunanlar türklərlə İstanbulda əlbəyaxa ola bilərlər
15 sentyabr 2010 19:57 (UTC +04:00)

Yunanlar türklərlə İstanbulda əlbəyaxa ola bilərlər

ABŞ vətəndaşı olan 200 yunan İstanbuldakı Ayasofya məscidində xristian dini ayinini icra etmək üçün Türkiyəyə gələcəklərini bəyan ediblər.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Yunan-Amerika Mədəniyyət Dərnəyinin sədri Shris Spyrounun rəhbərlik etdiyi qrup Ayasofyada dini mərasimi cümə günü, 17 sentyabrda həyata keçirməyə hazırlaşır.
Qrupun bəyanatında qeyd olunub ki, əgər Ayasofyanın içərisinə buraxılmasalar kompleksin kənarında dini mərasimi icra edəcəklər. Fənər Yunan Kilsəsi artıq bu niyyətə qarşı olduğunu bəyan edib və Türkiyə hökumətinin rəsmilərinə bu olayla əlaqəsinin olmadığını çatdırıb.

Yunanıstan xarici işlər naziri Dimitris Droutsas da Fənər Yunan Kilsəsinin mövqeyinə sayğı ilə yanaşılması gərəkdiyini söyləyib.

Türkiyə hökuməti yunan qrupun Ayasofyada dini mərasim həyata keçirmək niyyətindən əl çəkməyəcəyi halda İstanbulun mərkəzində yunanlarla türklər arasında əlbəyaxa dava-dalaşın yaşanacağından və Türkiyənin beynəlxalq aləmdə imicinə ciddi zərbə dəyəcəyindən ehtiyatlanır.

Qeyd edək ki, Ayasofya Roma imperiyası dövründə kilsə kimi fəaliyyət göstərib. Yunanların Ayasofyada dini mərasim keçirmək niyyətləri bu şəhərin tarixən yunanlara məxsus olması iddiasının bir daha gündəmə gətirilməsi anlamını daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar