İsrail Colan yüksəkliklərini Suriyaya qaytarmaq istəyir
İsrail və Suriya bu il sülh müqaviləsinə imza ata bilər. Lent.az-ın verdiyi məlumata görə, bu barədə Küveytin “Əl-Carida” qəzeti məlumat yayıb.
Bunun üçün İsrail Suriyaya işğal etdiyi Colan yüksəkliklərini qaytarmağa hazırdır. Ancaq İsrail bu yüksəklikləri yalnız 10-15 ildən sonra qaytarmaq istəyir.
“Əl-Carida” qəzetinin yazdığına görə, bu təklif İsrail baş naziri Benyamin Netanyahunun Suriya prezidenti Bəşər Əsədə yazdığı məktubda yer alıb. Həmin məktub fransız diplomat Jan-Klod Kusseran vasitəsilə Bəşər Əsədə çatdırılıb.
Digər ərəb qəzetləri isə bu gün işıq üzü görən saylarında yazırlar ki, cümə axşamı ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçell Dəməşqə gedəcək İsrail-Fələstin sülh danışıqları barədə Suriya prezidenti məlumatlandıracaq. Danışıqlar zamanı Suriyanın İsrail-Fələstin danışıqlarına verə biləcəyi mümkün töhfə barədə də müzakirə aparılacağı proqnozlaşdırılır.

Oxşar yazılar

İsrail-İran müharibəsi - SON DƏQİQƏ
16 iyun 2025 , 06:33
116 illik tarixində xarici kəşfiyyata ilk dəfə qadın rəhbərlik edəcək
16 iyun 2025 , 04:11
İsrail Məşhəd hava limana zərbələr endirib -VİDEO
15 iyun 2025 , 19:22
İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb
15 iyun 2025 , 19:11
Tehranda partlayışlar olub -VİDEO
15 iyun 2025 , 15:20
İsrail ordusu: 50 qırıcı gecə saatlarında Tehrandakı nüvə layihəsi obyektlərinə hücum edib
15 iyun 2025 , 14:47
Makronun bağbanı tualetlə bağlı şikayətinə görə işdən çıxarıldı
15 iyun 2025 , 10:18