500 min hindli evini tərk etdi
Hindistanın Assam ştatında Braxmaputr çayının daşması ilə əlaqədar 500 minə yaxın insan evini tərk edib.
Lent.az-ın İANS agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin şimal-şərqində yerləşən bu ştatda 500 kəndi və 10 inzibati dairəni su basıb.
Evlərini tərk edən insanlar məktəblərdə və dövlət müəssisələrinin binalarında yerləşdiriliblər. Assam ştatında bir çox insan nisbətən yüksək ərazilərdə sığınmağa üstünlük verib. Hökumət bu yerlərə ilk növbədə ərzaq məhsullarının çatdırılmasına çalışır.
Braxmaputr çayı iyun-oktyabr aylarında yağış mövsümü ilə əlaqədar tez-tez daşır. Bu mövsüm isə yağışlar daha çox olub. Digər tərəfdən, çay hövzəsində meşələrin insanlar tərəfindən kütləvi qırılması da çay yatağının genişlənməsinə və daşqınların miqyasının genişlənməsinə yol açır.

663