İran “5+1” formatını dəyişmək istəyir
14 sentyabr 2010 12:30 (UTC +04:00)

İran “5+1” formatını dəyişmək istəyir

İran xarici işlər naziri Mənuçöhr Möttəki Tehran bəyannaməsinə rəğmən İran əleyhinə çıxarılan sanksiya qərarına səs verən “5+1” qrupunun formatının dəyişdirilməsini təklif etdiklərini söyləyib. Lent.az-ın “trt.net.tr” saytının rəsmi saytına istinadən verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin və Almaniyadan ibarət qrupun etimad probleminə səbəb olduğunu bildirən Mənuçöhr Möttəki bu səbəbdən qrupun tərkibində dəyişiklik təklif etdiklərini vurğulayıb.

Xarici işlər naziri eyni zamanda Vyana qrupu ilə uran mübadiləsi mövzusunda müzakirəyə hazır olduqlarını təkrarlayıb və bu müzakirələrə də Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) zəmin hazırlamasını zəruri sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar