Məşhur teleradio şirkətinin əməkdaşları tətilə hazırlaşırlar
14 sentyabr 2010 12:11 (UTC +04:00)

Məşhur teleradio şirkətinin əməkdaşları tətilə hazırlaşırlar


Böyük Britaniyanın məşhur BBS teleradio şirkətinin jurnalistləri və əməkdaşları tətilə hazırlaşırlar.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, BBC-nin jurnalist və əməkdaşları 5-6 oktyabr və 19-20 oktyabr tarixlərində hər dəfə 48 saat olmaqla etiraz aksiyası keçirəcəklər.
Jurnalistlər pensiya fonduna sosial ödəmələrin ixtisar edilməsindən narazıdırlar. Onlar BBC rəhbərliyindən pensiya fondunun maliyyələşdirilməsinə yenidən baxmağı tələb edirlər.
BBC rəhbərliyinin tətbiq etdiyi yeni qaydaya görə, pensiya jurnalistlərin şirkətdə çalışdıqları müddətdə aldıqları orta aylıq əmək haqqı əsasında hesablanacaq. Eyni zamanda teleradio şirkətinin əməkdaşları artıq 60 deyil, 65 yaşlarına qədər işləməli olacaqlar.
# 586

Oxşar yazılar