Medvedev 45 yaşını qeyd edir
14 sentyabr 2010 11:10 (UTC +04:00)

Medvedev 45 yaşını qeyd edir

Lent.az-ın “korrespondent.net” saytına istinadən verdiyi məlumata görə, Kremlin mətbuat xidməti Dmitri Medvedevin doğum gününü işgüzar səfərdə olduğu Soçidə ailəsinin əhatəsində qeyd edəcəyi barədə informasiya yayıb.

Kremlin mətbuat xidmətinin məlumatında bildirilib ki, bu gün prezidentin iş qrafikində hər hansı ictimai tədbir planlaşdırılmayıb. Məlumatda o da vurğulanır ki, Dmitri Medvedev hədiyyə almağı xoşlayır, ancaq hədiyyənin qiymətinə xüsusi əhəmiyyət vermir.

Dmitri Medvedev özü isə deyib ki, ən asası ona əziz insanların diqqətidir: “Əgər ən yaxın insanlar doğum gününün xüsusi keçməsinə səy göstərirlərsə, bu özü xoşbəxtlikdir”.

Xatırladaq ki, Dmitri Medvedev 14 sentyabr 1965-ci ildə Sankt-Peterburq (köhnə Leninqrad) şəhərində anadan olub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib və aspiranturaya daxil olub. 1990-1998-ci illərdə bu universitetdə dərs deyib, eyni zamanda Şəhər Şurası sədrinin məsləhətçisi, Sankt-Peterburq meriyasının xarici əlaqələr komitəsinin eksperti olub.

Dmitri Medvedev 34 yaşında Rusiya Federasiyasının hökumət aparatı rəhbərinin müavini, daha sonra Kreml administrasiyası rəhbərinin birinci müavini olub. 2003-cü ilin oktyabrında Rusiya Federasiyası Prezident Administrasiyasına rəhbərlik etməyə başlayıb. 2 il sonra baş nazirin birinci müavini olub, 2008-ci ilin martında, 42 yaşında isə Rusiya prezidenti seçilib.
# 576

Oxşar yazılar