İranda “Allaha müharibə elan edən” hüquq müdafiəçisi azadlığa çıxdı
“Allaha müharibə elan etmək” və İran rejiminə müxalif mövqedə olan Xalqın Mücahidləri Təşkilatı ilə əlaqə qurmaq ittihamları ilə günahlandırılan hüquq müdafiəçisi Şiva Nazar Ahiri 500 min dollar girov müqabilində azadlığa çıxıb. Lent.az-ın İranda yayımlanan “Arman” qəzetinə istinadən verdiyi məlumata görə, xanım hüquq müdafiəçisi keçən ilin dekabr ayında islahatçı Böyük Ayətullah Hüseyin Ali Muntazerinin dəfn mərasiminə qatılmaq üçün Qum şəhərinə gedərkən saxlanılıb.
İranda “Allaha müharibə elan etmək” suçu ölümlə cəzalandırılır. İnsan hüquq müdafiəçiləri, ziyalılar və jurnalistlər İran hakimiyyətini Şiva Nazar Ahirinin azadlığa buraxmağa çağırmışdılar.
Qeyd edək ki, hüquq müdafiəçisi keçən ilin iyun ayında da prezident seçkilərində saxtakarlığa yol verildiyi yönündə müxalifətin iddialarını müdafiə etdiyi üçün həbs olunub, 3 ay Tehrandakı Evin həbsxanasında saxlanıldıqdan sonra azadlığa buraxılıb.

Oxşar yazılar

İsrail Məşhəd hava limana zərbələr endirib -VİDEO
15 iyun 2025 , 19:22
İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb
15 iyun 2025 , 19:11
Tehranda partlayışlar olub -VİDEO
15 iyun 2025 , 15:20
İsrail ordusu: 50 qırıcı gecə saatlarında Tehrandakı nüvə layihəsi obyektlərinə hücum edib
15 iyun 2025 , 14:47
Makronun bağbanı tualetlə bağlı şikayətinə görə işdən çıxarıldı
15 iyun 2025 , 10:18
Hindistanda helikopter qəzası nəticəsində altı zəvvar və pilot öldü
15 iyun 2025 , 10:06
İranın son hücumu nəticəsində İsraildə ölənlərin sayı 8-ə çatıb, 200 nəfər yaralanıb
15 iyun 2025 , 09:32