Müxalifətçiyə etiraz edənlər tutula bilər
13 sentyabr 2010 23:10 (UTC +04:00)

Müxalifətçiyə etiraz edənlər tutula bilər

Həmin olaydan bir həftə öncə o, Şirazdakı cümə namazında İranın ali rəhbəri ayətulla Xamneyini tənqid edərək demişdi ki, rəhbər ölkə Ana Yasasına hörmət etməli, ona tabe olmalıdır.

Bundan bir neçə gün sonra İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası saylan yarımhərbi dəstənin üzvləri - bəsiclər parlamentin keçmiş sədri, prezidentliyə keçmiş namizəd, Milli Etimad Partiyasını lideri Mehdi Kərrubinin yaşadığı mənzilə hücum etmişdi. Hücumda əldəqayırma partlayıcı qurğulardan istifadə olunduğu bildirilirdi. Kərrubinin yaşadığı binaya yığışan tərəfdarlarına şübhəli şəxslər odlu silahdan atəş açıblar. Bir neçə nəfər yaralanıb. Basqınçılarla danışığa getmiş Mehdi Kərrubinin baş mühafizəçisi möhkəm döyülüb, komaya düşərək xəstəxanaya aparılmışdı.

Bundan bir neçə gün sonra qvardiya rəhbərliyi bu hücumu pisləyən bəyanat yayaraq, “bu, “sipah” və “bəsic”ə dəxli olmayan bir sıra özbaşına qüvvələrin işidir” – deyə, bildirmişdi.

Mehdi Kərrubinin oğlu “sipah”ın baş verənlər təhrif etdiyini və olayın videolentə alındığını söyləmişdi.

Lent.az-ın İran KİV-ə istinadən məlumatına əsasən, Tehran polis idarəsinin rəisi Hüseyn Səcidiniya bildirib ki, həmin aksiyanın iştirakçıları məhkəmə qarşısında cavab verəcək : “Ancaq hələlik onların həbsi haqda qərar yoxdur”.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar