Tehran “casusları” satmaqla böhrandan çıxmaq istəyir
Xatırladaq ki, 2009-cu il iyulun 31-də İran-İraq sərhədində üç turist amerikalı tutulmuşdu. Şeyn Baver, Sara Şord və Coşua Fettal ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanılırlar. Saxlanılanlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar dağa səyahət edərkən, İraqın Şimalındakı dağlarda azıblar.
İranın təhlükəsizlik qurumları 3 amerikalını ABŞ-ın kəşfiyyat xidmətinə “casusluqda” suçlayır. İslam Respublikası informasiya və təhlükəsizlik naziri Heydər Mösüli İran “PressTV”-sinə müsahibəsində onların sərhədi qanunsuz keçdiyini söyləyib.
ABŞ dövlət departamentinin təmsilçisi Filipp Krouli isə öz növbəsində ölkəsinin kəşfiyyat qurumları ilə həmin şəxslərin əlaqəsi olmadığını vurğulamışdı.
Tutulanlardan birinin, Sara Şordun anası İranın ali rəhbəri ayətulla Xamneyiyə müraciət edərək, övladı və onun dostlarının səhvən İran ərazisinə keçdiklərini, onların “İrana zərər vurmaq niyyəti olmadıqlarını” bildirmişdi.
Lent.az-ın “PressTV”-yə istinadən məlumatında bildirilib ki, Tehran hakimiyyəti ABŞ vətəndaşı Sara Şordu girov qarşılığında sərbəst buraxmağa razılıq verib.
Tehran prokuroru Abbas Cəfəri-Dövlətabadi məsələ ilə bağlı belə açıqlama verib : “Amekrialı casus 500 min dollar girov qarşılığında sərbəst buraxıla bilər. O biri iki amerikalı isə dəmir barmaqlıqlar arxasında saxlanılacaq”.
İran hakimiyyətinin “humanist davranışı»ının sən demə, cəmi 500 min dollar dəyəri varmış. Elə məhbusların valideynlərinin İranın ali rəhbəri ayətulla Xamneyiyə müraciəti də faydasız olduğu istisna edilmir. Rəsmi Tehran ABŞ-da islam dininə qarşı keçirilən son təəssüfləndirci aksiya qarşılığında həmin “casus” saydığı amerikalıları sərbəst buraxsaydı, fikrimizcə, Ramazan ayında İslamın daha humanist olduğunu həm ABŞ, həm də dünya ictimaiyyətinə nümayiş etdirmiş olardı.
Məsələnin başqa bir tərəfi də var. Belə düşünmək olar ki, düşdüyü indiki böhranlı vəziyyətdə ölkə rəhbərliyini bir məsələ düşündürür - nəyin bahasına olursa, olsun pul toplamaq. Bu baxımdan amerikalı “casus”u 500 min dollara “satmağa” hazırlaşır. Ona görə də ehtimal etmək olar ki, saxlama istədiyi o biri iki “casusu” daha baha satmağı planlaşdırır və bu 500 min dollar “casusların” başlanğıc qiymətidir…
Sədrəddin Soltan

716