Şovinist düşüncəli iranlılara cavab
İran KİV-nin ölkəmizə qarşı hədyanlarına cavab vermək istəməsək də, bəzən cavabsız da ötüşmək olmur. Lent.az-ın “qurtulush.info” saytına istinadən məlumatına görə, islam İnqilab Keşikçiləri Qvardiyasının keçmiş başçısı Mösün Rzainin nəzarəti altında olan “tabnak” saytı respublikamıza qarşı çıxışlar etməkdə ən fəallarındandır.
Sentyabrın 11-də bu mənbə ölkəmizə qarşı “Azərbaycan Respublikasında beynəlxalq Qüds günü dəprəminin ardı” başlıqla yazıda Azərbaycan Respublikası “sionist əlaltısı”, “İsrail mənafeyinin qoruyucusu”, “İslam düşmənçiliyinin mənbəyi” kimi qələmə verilib.
İsrailin respublikamızdakı səfirliyinin binası qarşısında icazəsiz piket keçirmək cəhdinə görə, İslam Partiyasının sədri Mösün Səmədovun bir necə günlüyə saxlanılmasını sayt “rəsmi Bakının islama qarşı nifrətinin təzahürü kimi” dəyərləndirib. Ən gülüncü isə həmin şəxsin Ramazanla bağlı sərbəst buraxılmasını “tabnak”ın “Azərbaycan hakimiyyətinin müsəlman qəzəbindən qorxusunun nəticəsi” kimi təqdim etməsidir.
Başqa bir yazı isə Xəzərin adı ilə bağlıdır. Saytı iddia edir ki, bu su hövzəsinin adı Xəzər deyil, “Mazandaran”dır. “İran düşmənləri tərəfindən bu ad qondarılıb” - deyə, “tabnak” iddia edir.
Mərhum dövlət başçısı Heydər Əliyev bunun cavabını Tehranda İranın o, vaxtkı prezidenti Məhəmməd Xatəmi ilə keçirdiyi görüşdə vermişdi. Bunu o vaxt İslam Respublikasındakı və ondan xaricdəki həm fars şovinistləri, həm də hakimiyyətdəkilər eşitdi. O zaman M.Xatəmi səsini belə çıxarmadı.
Yazıda İran mətbuatı da tənqid edilərək, bu su hövzəsi ilə bağlı çap edilən yazılarda daha diqqətli olmaları, Xəzərin bütünlükdə İrana aid olması ilə bağlı daha geniş və ciddi təbliğat aparılmağın vacibliyi vurğulanır.
“Tabnak”ın bu “məqaləsində” də Azərbaycan Respublikasının ABŞ və İsrailin bölgədəki mənafeyinin “keşikçisi” adlandırılır. Xəzərin bölgüsündə isə Tehrana təzyiqlərin göstərildiyi iddia olunur.
Saytın qənaətinə görə, bütün dərsliklərdə Xəzərin “Mazandaran” kimi adlandırılması, mətbuatda, başqa çap və elektron informasiya vasitələrində dünyanın ən böyük gölünün İrana məxsusluğu fikri təkrar olunur. Bu ideyanın bütün İran əhalisinə aşılanmasının uzun müddətli strateji hədəf olunduğu bildirilib.
Xəzərin adı ilə bağlı məsələ İrandakı şovinist dairələrin, elə hakimiyyət olanların da tarixi savadsızlıqlarının təzahürüdür. Belələri ermənilər kimi saxta bir tarix uydurub və indi də onun əsirinə çevriliblər. Lap Kəngər körfəzinin “Fars körfəzi” adlandırılması məsələsində olduğu kimi.
Görünür, Güney Azərbaycan ərazisində türk yer adlarının farslaşdırılması, şovinist düşüncəli İran vətəndaşlarının (hakimiyyətdə olan və olmayan ) ağzına şirə salıb. Bunlar elə düşünür ki, Azərbaycan Respublikasında da istədikləri “atı oynada” bilərlər.
Lent.az-ın “canaz.tv”yə istinadən məlumatına əsasən Ermənistanın kənd təsərrüfatı naziri Gerasim Alaverdiyan bildirilib ki, artıq “Manço-qrup” şirkəti bu günlərdə 10 min ton ərzaq buğdasının İran İslam Respublikasından alınması ilə bağlı müqavilə imzalanıb. Taxılı ilkin partiyası artıq Ermənistana daşınıb. Heç kimə sirr deyil ki, rəsmi Yerevan ölkə vətəndaşlarının gündəlik tələbat mallara, o cümlədən ərzağa olan ehtiyacının böyük hissəsini İslam Respublikasının hesabına ödəyir. Rəsmi məlumatlara əsasən, ötən il bu dövlətlər arasında ticarət dövriyyəsi 250 milyon dollar təşkil edib. Bir ildən artıqdır ki, Ermənistan Cənub rayonlarının təbii qaza olan tələbatını İrandan idxalın hesabına təmin edir.
Maraqlısı budur ki, Azərbaycan İslam Partiyası, DEVVAM və başqa belə qurumlar indiyə kimi Ermənistanla bütün sahələr üzrə əməkdaşlıq edən İslam Respublikasına qarşı etiraz etməyib. Onlar Tehranın Yerevanla bu sayaq qardaşlığına susub, nədənsə Bakda oturub, Livan “Hizbulla”sının, Fələstin “HƏMAS”ının, İran hakimiyyətinin təəssübünü çəkirlər. Elə “tabnak”ın onları müdafiə etməsi də ölkəmizdə fəaliyyət göstərən belə qurumların dövlətimiz və millətimizin təəssübünü çəkməsi məsələsində şübhələri artırır.
Sədrəddin Soltan
[email protected]

912