Fransız nazirin müsəlman qızla toyu təxirə salındı
Fransanın immiqrasiya, inteqrasiya və milli məsələlər üzrə naziri Erik Besson gənc müsəlman xanım Yasmin Torcmanla evlənmək planını təxirə salıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, 52 yaşlı Erik Besson və 23 yaşlı müsəlman xanımın sentyabrın 16-da keçiriləcəyi elan olunan toy mərasimi “Facebook” sosial şəbəkəsindəki təhdidlər və etiraz aksiyalarının keçiriləcəyi barədə xəbərdarlıqlar səbəbindən ləğv edilib.
“Facebook”da “Erik Bessonun toyunu dağıdaq!” şüarı ilə uzun müddətdir ki, kampaniya aparılır və xüsusi qrup yaranıb. Hökumətin qaraçıları ölkədən qovmasını tənqid edən qrup üzvləri bildiriblər ki, nazirə qarşı da elə davranacaq və hökumətə dərs verəcəklər.
Erik Besson isə mətbuata açıqlamasında deyib ki, “Facebook”dakı təhdidlərdən qorxmur, sadəcə, bir toya görə dövlətin hüquq-mühafizə orqanlarının səfərbər edilməsini istəmir.
Qeyd edək ki, avqustun ortalarında fransız nazir müsəlman xanımla evlənəcəyini açıqlayıb və o vaxtdan bu nikah Fransa mətbuatının əsas müzakirə mövzusudur.
Məsələ ondadır ki, məhz Erik Bessone ictimai yerlərdə qadınların çadra ilə gəzməsinin qadağan edilməsi təşəbbüsünün müəllifidir. Fransa parlamentinin aşağı palatası bu ilin iyulunda çadra ilə ictimai yerlərdə gəzməyi qadağan edən qanun layihəsini qəbul edib. Senat bu ay qanunu müzakirə edəcək. Fransa mətbuatı isə o vaxt yazmışdı ki, nazir İslam dini də qəbul etməyə hazırlaşır. Ona görə də həmin vaxt fransız nazir bəyanat yaymaq məcburiyyətində qalıb. Bəyanatda qeyd olunub ki, İslam dininə hörmət etsə də, bu dini qəbul etmək niyyətində deyil və toyu da dünyəvi bir toy olacaq.
Xatırladaq ki, Erik Besson 49 yaşlı həyat yoldaşı Silviya Bruneldən 1 il əvvəl ayrılıb və Paris İncəsənət Məktəbinin tələbəsi olan Yasmin Torcmanla eşq yaşamağa başlayıb. O, uzun müddət sevgilisinin adını gizlədib. Yasmin Torcman Tunisin ilk prezidenti Habib Burqibin ikinci həyat yoldaşı Vassil Burqibanın qızlığa götürdüyü Həcərin qızıdır.

832