Körfəzin adı uğrunda Tehran dünya ilə savaşmaq istəyir
Türklərin Kəngər, ərəblərin “Ərəb körfəzi”, farsların isə “Fars körfəzi” adlandırdığı bu akvatoriyanın adı Tehran hakimiyyəti üçün çox vacib məsələyə çevrilib. Bu ad uğurunda İslam Respublikası bölgə və dünya dövlətləri ilə savaşa belə hazır görünür.
Güney Azərbaycan türklərinin, ərəblərin, kürdlərin öz övladlarına ana dilində ad qoymasının yasaqlayan bir rejimin belə davranışı, saxta tarix ortaya çıxarması şovinist düşüncəli İran hakimiyyətinin zəif olduğunu bir daha təsdiqləyir. Çünki şovinistlik zəif və iradəsiz toplumun özəlliyidir. (Ermənilərin illər uzunu türk adlarına qarşı mübarizəsi, dünyada yaxşı nə varsa hamısını erməniləşdirmək örnəyi ilə məsələni mahiyyətinin dəyərləndirilməsini asanlaşdırmaq olar).
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst ölkəsinin körfəz bölgəsinə münasibətindən danışarkən deyib ki, Tehranın bölgə üzrə qlobal siyasətə və İslam dövlətlərinə müəyyənləşmiş siyasəti mövcuddur.
Nazirliyin təmsilçisi körfəzi adı ilə bağlı məsələyə toxunaraq bildirib: “Körfəzi adı hamıya aydındır. Qərb dövlətləri öz tarixi sənədlərinə nəzər yetirsə, buna bir daha əmin olarlar. Bölgə Fars körfəzi adını daşıyıb və daşıyacaq. Heç kəsin Fars körfəzinin adını dəyişməyə nə haqqı var, nə də imkanı. İran xalqı körfəzin adının dəyişdirilməsinə dözməz. Fars körfəzinin adı mübahisəsizdir. Biz başqa adla nə razılaşmışıq, nə də ki razılaşacağıq”.
Tehran rəsmiləri bu sayaq məsələlərdə tez-tez tarixə baxılmasını israr edirlər. Ancaq heç kimə sirr deyil ki, ingilislər mehmapərəstlərin tarix dediyi yaşanmışlara baxsa, şübhəsiz fars şovinistləri qürrələndikləri tarix qarşısında əliboş qalarlar. Axı, həmin tarixi bu şovinistlərlə ingilislər birgə yazıb. Bunu Londonda da, Vaşinqtonda da, Pekində də, Təl-Əvivdə də yaxşı bilirlər.
İran hakimiyyəti bütün etirazlarda “yəhudi”, yaxud özlərinin təbirincə, “sionist” barmağı axtarır. Nazirlik təmsilçisi də bu şablondan çıxmayıb. O, körfəzin adı ilə bağlı məsələni də “sionistlərin təhriki” adlandırıb. İranlı diplomat deyib ki, körfəzin adı hər gün “təhrif edilərsə, biz ona hər gün etiraz edəcəyik”.
Yeri gəlmişkən. Bu ilin yazında “İslam həmrəyliyi idman oyunları”nın keçiriləcəyi gözlənilirdi. Bu tədbir İran İslam Respublikasının ucbatından təxirə salındı. İslam ölkələri Həmrəylik Oyunları Federasiyasından bildiriblər ki, İran yarışmaların loqosunda “Fars körfəzi” yazılması iddiası ilə çıxış edib.
Tehran hakimiyyəti ərəb ölkələrinin “Ərəb körfəzi” adlandırdığı yerin “Fars körfəzi” adlandırılmasında israr olduğunu bildirib. Səudiyyə Ərəbistanının təmsilçiləri medalların və mükafatların üzərindən “Fars körfəzi” ifadəsinin yığışdırılmasını tələb etmiş, əlavə olaraq bildirmişdi ki, onun yerinə ya “Ərəb körfəzi”, ya da sadəcə olaraq “Körfəz” yazılmalıdır.
Qeyd etmək lazımdır ki, “İslam ölkələri həmrəylik idman oyunları”nın keçirilməsi ilə bağlı İslam Konfransı Təşkilatı 2001-ci ildə qərar qəbul edib. İlk oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında gerçəkləşdirilib. Onda Özbəkistan, Albaniya və Toqo istisna olmaqla 53 müsəlman ölkəsindən 6,5 min idmançı həmrəylik yarışmasına qatılmışdı. Bu il keçirilməsi planlaşdırılmış yarışma əslində, ötən ilin oktyabrında gerçəkləşdirilməli idi.
Sədrəddin Soltan

Oxşar yazılar

Makronun bağbanı tualetlə bağlı şikayətinə görə işdən çıxarıldı
15 iyun 2025 , 10:18
Hindistanda helikopter qəzası nəticəsində altı zəvvar və pilot öldü
15 iyun 2025 , 10:06
İranın son hücumu nəticəsində İsraildə ölənlərin sayı 8-ə çatıb, 200 nəfər yaralanıb
15 iyun 2025 , 09:32
İran Hayfadakı neft emalı zavoduna zərbə endirdi - VİDEO
15 iyun 2025 , 01:27
İranın İsrailə yeni hücumu başladı - VİDEO
15 iyun 2025 , 00:17
Netanyahu: İran iki dəfə Trampı öldürməyə cəhd edib
14 iyun 2025 , 23:55
Nikaraquanın ilk qadın prezidenti vəfat etdi
14 iyun 2025 , 23:34