Düşənbə Tehrandan ehtiyatlanır
İran hakimiyyəti Tacikistana farsdilli ölkə kimi yanaşdığından, rəsmi Düşənbə hələlik Tehranın bu zəifliyindən (panfrasçı düşüncəsindən) faydalanır. Ötən ay İranda farsdillilərin zirvə toplantısı keçirildi. O zaman İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Tacikistan prezidenti İmaməli Rəhman və Əfqanıstanın dövlət başçısı Həmid Karzayı anti-NATO birliyi yaratmaq üçün dilə tutsa da, cəhdi uğursuz olmuşdu.
Lent.az-ın “Ferqane.ru”ya istinadən məlumatında bildirilir ki, Tacikistan hakimiyyəti İranda oxumağa gedən tələbələri İslam Respublikasına buraxmayıb. Mənbə 30 tacik tələbənin Düşənbə-Tehran hava reysinə minməsinə icazə verilməyib.
“Bu gənclər qeydiyyat keçmişdilər. Artıq təyyarənin salonunda idilər. Ancaq xüsusi xidmət orqanlarının əməkdaşları onlardan təyyarəni tərk etmələrini xahiş etdi” - deyə, mənbə bildirib.
İranın Düşənbədəki səfirliyi də xəbəri təsdiqləyib. Məlumata görə, 30 Tacikistan vətəndaşı iranşünsalıq, fars dili və ədəbiyyatı üzrə iki həftəlik təhsil kursu üçün İslam Respublikasına gedirmiş.
Səfirlikdən bildiriblər ki, hakimiyyət bu səfərin Tacikistanın Təhsil Nazirliyi ilə razılaşdırılmadığını iddia edir. “Əksinə, bu səfəriN bütün proqramı Tacikistanın Təhsil Nazirliyinin təmsilçiləri ilə razılaşdırılıb. Bundan başqa 15 tələbənin namizədliyi nazirlik tərəfindən təqdim olunub. Qrupun başqa üzvləri isə İranın Tacikistandakı səfirliyinin keçirdiyi çeşidli müsabiqələrin qalibləridir” - deyə, Tehranın Düşənbədəki səfirliyindən bildiriblər.
Olayın da namizədlər arasındakı digər 15 nəfərə görə yarandığı ehtimal edilir. Onların namizədliyini Tacikistan İslam Universiteti tərəfindən irəli sürülüb.
Yeri gəlmişkən, bir müddət öncə İmaməli Rəhman ölkə vətəndaşlarına müraciət edərək demişdi ki, son 10 ildə xaricdə çeşidli İslam təhsil müəssisələrində oxuyan övladlarını geri çağırsınlar. O, valideynləri islam dövlətlərinin mədrəsələrində təhsil alan övladlarını geri qaytarmağa çağırıb.
“Təəssüflər olsun ki, onların çox mollalıq öyrənmir, əksinə terrorçu və ya ekstremist olurlar. Onların hamısını qaytarmaq lazımdır, yoxsa hamısı satqın və vətən xaini olacaq” - deyə, Tacikistan prezidenti bildirib.
Məlumata əsasən, İran mədrəsələrində, özəlliklə ölkənin Əfqanıstanla sərhədində yerləşən Sistan-Bəlucistan əyalətinin mərkəzi Zahidanda çoxlu sayda tacik yeniyetmə təhsil alır. Ötən il onlarla belə gənc “viza rejimini pozduğuna” görə, İrandan deportasiya edilmişdi. İndiyə qədər İslam Respublikasında təhsil alan Tacikistan vətəndaşlarının dəqiq sayı müəyyənləşməyib. Onlar bir qayda olaraq, İrana turist vizası alır, bir neçə il heç yerə çıxmadan dini təhsil alırlar.
“Aziya-plyus”un məlumatına əsasən Düşənbənin beynəlxalq hava limanında sərnişinlərin təhlükəsizliyi üçün qoruma tədbirləri gücləndirilib. Ölkə daxili işlər şöbəsinin xətt rəisinin müavini Əziz Xocayev qeyd edib ki, təhlükəsizliklə bağlı tədbirlər Tacikistandakı vəziyyətin mürəkkəbliyi ilə əlaqədardır: “Respublika ərazisində baş vermiş partlayış rahatsızlıq yaradıb. Bundan başqa həbsxanadan qaçan məhbusların çoxu hələ tutulmayıb”.
Təhlükəsizlik tədbirləri ölkənin Gülab və Xocənd şəhərlərinin hava limanların da gücləndirilib.
Xatırladaq ki, bu yaxınlarda Tacikistanda partlayış baş vermiş, onun ardınca bir qrup məhbus həbsxanadan qaçmışdı.
Sədrəddin Soltan

641