Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək
İranda millyətcə azərbaycanlı olan 43 yaşlı Səkinə Məhəmmədi Aştiani Ramazan ayı başa çatandan sonra edam ediləcək. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bunu Səkinə Məhəmmədi Aştianinin vəkili söyləyib.
Vəkil bildirib ki, keçən həftə 99 qırmanc cəzası almış Səkinə Məhəmmədi Aştiani Ramazan ayının bitməsi ilə hər an edam edilə bilər.
Səkinənin azad edilməsi üçün Fransa və İtaliya xüsusi səy göstərir. Onu edamdan qurtarmaq üçün hər şey etməyə hazır olduğunu söyləyən Fransanın xarici işlər naziri Bernard Kuşner lazım gələrsə, Tehrana belə gedəcəyini dilə gətirib. Vatikan da Səkinənin həyatının bağışlanması üçün Tehranla diplomatik danışıqlara hazırlaşır.
Qeyd edək ki, Səkinə 2006-cı ildə xəyanətdə və həyat yoldaşının qətlində ittiham edilib. O, əvvəlcə günahını etiraf etsə də, sonradan etirafın ondan təzyiq altında alındığını bildirib. Səkinə başı açıq şəkillərinin yayımlanmasında da ittiham olunur. Fotolardakı qadının başqası olduğu bildirilsə də, İran rəsmilərinin qərarı dəyişməyib. Artıq onlarla hüquq müdafiə təşkilatı, eləcə də bir çox ölkələr İran hökumətinin qərarını tənqid edib.

Oxşar yazılar

Makronun bağbanı tualetlə bağlı şikayətinə görə işdən çıxarıldı
15 iyun 2025 , 10:18
Hindistanda helikopter qəzası nəticəsində altı zəvvar və pilot öldü
15 iyun 2025 , 10:06
İranın son hücumu nəticəsində İsraildə ölənlərin sayı 8-ə çatıb, 200 nəfər yaralanıb
15 iyun 2025 , 09:32
İran Hayfadakı neft emalı zavoduna zərbə endirdi - VİDEO
15 iyun 2025 , 01:27
İranın İsrailə yeni hücumu başladı - VİDEO
15 iyun 2025 , 00:17
Netanyahu: İran iki dəfə Trampı öldürməyə cəhd edib
14 iyun 2025 , 23:55
Nikaraquanın ilk qadın prezidenti vəfat etdi
14 iyun 2025 , 23:34