
“Rusiya hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılması böyük təhlükədir”
Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze deyib. Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının Ermənistanda qalma müddətinin uzadılmasına münasibət bildirən Q. Vaşadzenin fikrincə, bu hərbi bazanın gücləndirilməsi daha çox Ermənistanın müstəqilliyi üçün böyük təhlükədir: “Çünki bu hərbi baza heç kimə təhlükəsizlik, stabillik və əməkdaşlıq imkanları vəd etmir. Eyni zamanda bu baza Cənubi Qafqazda mövcud olan münaqişələrin sivil və diplomatik yolla həllinə də şərait yaratmır. Rusiya hərbi bazasının yeganə məqsədi bölgədə gərginliyi gücləndirməkdir. Bu hərbi bazanın Ermənistanda fəaliyyət müddətinin 24 il uzadılması və onun funksiyasının dəyişdirilməsi region üçün böyük təhlükədir”.
Oxşar yazılar

Kanadanın yeni baş naziri bu tarixdə and içəcək
13 mart 2025 , 07:30
Putin ilk dəfə Kurska gəldi - VİDEO
12 mart 2025 , 23:57
Tramp xüsusi nümayəndəsini Moskvaya göndərir
12 mart 2025 , 22:44
Aparıcının arvadı ərini öldürmək üçün "killer" tutdu
12 mart 2025 , 18:49
Turist tətilə gələn qıza narkotik verib zorladı
12 mart 2025 , 17:39
Yüzlərlə itkin düşən burada yandırılıb - Ölüm düşərgəsi TAPILDI
12 mart 2025 , 16:43
Baba səs-küyə görə nəvəsini GÜLLƏLƏDİ
12 mart 2025 , 13:33