İran pərtliyini gizlətməyə çalışır
07 sentyabr 2010 15:29 (UTC +04:00)

İran pərtliyini gizlətməyə çalışır

Lent.az-ın İran KİV-nə istinadən məlumatına görə, İranın ən iri Hava Hücumundan Müdafiə (HHM) bazasının, «Xatəmül-Ənbiya»nın komandiri, briqada generalı Əhməd Mikani «Fars» xəbər agentliyinə müsahibəsində deyib ki, ölkəsinin ordusu tezliklə uzaq radiuslu yerli Hava Hücumundan Müdafiə sistemi alacaq.

O, əminliklə bildirib ki, bir il öncə İranın bu sistemlə qanadlı raketləri tapıb izləyə bilirdisə, indi o, həmin raketləri vurmağa qadirdir. Bununla yanaşı, general həmin sistemin sınaqdan çıxarıldığı yer və vaxt haqda məlumat verməyib.

Əhməd Mikani vurğulayıb ki, Tehran xaricdən Hava Hücumundan Müdafiə sisteminin tədarükünü gözləmək niyyətində deyil. Təbii ki general Rusiyanın S-300 komplekslərini nəzərdə tutur.

Agentlik xatırladıb ki, bu ilin mayında İran hakimiyyəti ölkənin nüvə və başqa strateji obyektlərin qoruya biləcək HHM sisteminin ardıcıl sınağını keçirib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar