Tacikistanda qanlı gecə
06 sentyabr 2010 10:20 (UTC +04:00)

Tacikistanda qanlı gecə

Tacikistanın paytaxtı Düşənbədəki ‘Dusti” diskotekasında bu gecə yarısı partlayış baş verib. Lent.az-ın” Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 7 nəfər yaralanıb.

Yaralılardan 5-i ilkin yardımdan sonra evə buraxılıb, 2-nin vəziyyəti isə ağırdır. Daxili İşlər Nazirliyinin Baş Qərargah rəisi Tahir Normatov olayın qaz balonunun partlaması nəticəsində baş verdiyinin güman edildiyini, ancaq partlayıcı qurğunun işə salınması ehtimalının da istisna olmadığını, təhqiqat aparıldığını söyləyib.

Bu arada “İnterfaks” agentliyi partlayışda şübhəli bilinən iki şəxsin Tacikistan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Hüquq mühafizə orqanlarındakı mənbə partlayıcının stolun altında qoyulduğunu və diskotekada rəqs başlayan zaman işə salındığını bildirib.
# 675

Oxşar yazılar