“Edam etdiyim insanlar deyirdilər ki...”
ABŞ-ın Texas ştatında “Huntsville” həbsxanasında tək son 6 ildə 139 məhkumu zəhərli iynə ilə edam edən cəllad Karles OReilly bu həftə rəsmən pensiyaya çıxıb. Lent.az-ın “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, Karles Oreilly gördüyü işdən heç vaxt peşman olmadığını söyləyib.
Jurnalistlərə açıqlamasında ilk edamını 2004-cü ilin sentyabrında həyata keçirdiyini söyləyən Karles OReilly deyib ki, edamın qorxunc bir şey olduğunu düşünənlər bu sənətə gəlməməlidirlər: “140 nəfəri edam edib, sonra bunun pis bir şey olduğunu söyləyə bilməzsiniz”.
33 il həbsxana nəzarətçisi və cəllad işləyən Karles OReilly özünün şəxsən həyata keçirdiyi 139 edam cəzasından başqa, 1982-ci ildən bəri 324 edam cəzası zamanı da müşahidəçi qismində iştirak deyib. Pensiyaya çıxan cəllad yalnız bəzi edamların hələ də yadında qaldığını, əksəriyyətini isə yaddan çıxardığını dilə gətirib: “Yadımda qalanlardan biri 2005-ci ildə Frances Nevton adlı məhkumun edamıdır. Bunu unutmamağımın səbəbi onun tək edam etdiyim qadın olmasıdır. Adını xatırlamadığım bir məhkum isə son ana qədər zarafat etdiyi üçün yadımda qalıb”.
Edam etdiyi şəxslərdən həmişə “Son sözün varmı?” deyə soruşduğunu bildirən Karles OReilly qeyd edib ki, məhkumlar adətən edam üçün günortadan sonra gətirilib və saat 6-da edam olunublar: “Məhkumları özüm qarşılayır və gözlənən edam haqqında onlara məlumat verirdim. Adətən məhkumların əksəriyyəti “Huntsville” həbsxanasına edam üçün gətirilərkən acıqlı və əsəbi olurdular. Əlimdən gəldiyi qədər onların qürurlarını qorumağa çalışacağımı söyləyirdim. Sonra gedir və saat 6-da gəlirdim. Geri gəldiyim zamanı yalnız bir neçə məhbus problem yaradıb. Bəziləri də müqavimət göstərməyəcəyini, amma edam yerinə getməyəcəyini söyləyirdi. Onları biz aparırdıq. Amma məhbusların 90 faizi edam yerinə öz ayaqları ilə gedib. Məhkumların son sözləri əsasən, öldürdükləri şəxslərin ailəsindən üzr istəmək, yaxud öz ailələrini sevdiklərini söyləmək olub”.

664