ABŞ, İran və Rusiya Ermənistanı himayədar edir
Sabah İranda Buşəhr Atom Elektrik Stansiyasının açılışı planlaşdırılıb. Dünyaya bəllidir ki, 1975-ci ildən tikilməyə başlayan bu stansiyada tamamlama işlərini Rusiya mütəxəssisləri görüb.
Ancaq Tehranla Yerevanın biri-birinə bu dərəcədə yaxınlığı, əməkdaşlığın genişləndirilməsinin boşuna olmadığı ehtimalı da az deyil. Ən maraqlı məqamlardan biri də budur ki, Ermənistan-İslam Respublikası ələqalərinə rəsm i Vaşinqtondan da etiraz yoxdur. Onda belə çıxır ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanı ABŞ,İran və Rusiya birlikdə himayə edir. Əks halda Yerevan - Tehran əlaqələrinə Vaşinqton öz etirazını bildirərdi.
Ötən gün ABŞ rəsmiləri bəyan etdi ki, İranla iqtisadi əlaqə saxlayan Türkiyə şirkətlərinin siyahısı çıxarılacaq. İslam Respublikasının energetika, hərbi və atom sahələri ilə əməkdaşlıq edən şirkətlərinə sanksiya tətbiq ediləcək.
Bu məsələdə Ermənistanın İranla əlaqələrinə ABŞ-ın göz yumması müəyyən mənada anlaşıqlı görünmür.
Dəmiryolu ilə həm hərbi, həm energetika, həm də atom-nüvə sahəsində avadalnlıq daşımaq mümkündür. Rusiyanın nəqliyyat nazirri İqor Levitin bildirib ki, İran –Ermənistan dəmiryolu layi həsində texniki işləri başa çatdırıb.
Lent.az-ın «ARKA»-ya istinadən məlumata əsasən, ilkin hesablamalara görə, bu xəttin dəyəri 2 milyard dollara bərabərdir.
Qeyd edək ki, bu yolun uzunluğu 540 km-dir. Onun 480 km-i Ermənistan, 60 –ı isə İran ərazisindən keçəcək.
Bu yolla İran hakimiyyəti Avropaya çıxmaq niyyətindədir. Ancaq ölkəmizdən keçəkcək «Şimal-Cənub» iqtisadi dəhlizində nəzərdə tutulan bu sayaq layihəni yubatmaqdadırlar.
Heç kəsə sirr deyil ki, Qafqazdan Cənubi Afrika Respublikasına qədər (İsrail və İranı çıxmaq şərti ilə) atom texnologiyasına və Atom Elektrik Stansiyasına malik yeganə ölkə Ermənistandandır. Bu ölkədəki AES və nüvə texnologiyasının yaşı İrandakıdan çoxdur.
Çox maraqlıdır İrana atom-nüvə texnologiyasının qaçaq yolu ilə Pakistan və Şimali Koreyanın satdığı deyilsə də Ermənistanla bağlı heç bir araşdırma aparılmadı.
Lent.az-ın «Armenia Today»-yə istinadən məlumatına görə, bu ölkənin energetika naziri Armen Movsisiyan bildirib ki, Buşəhr AES-də erməni atom mütəxəssisləri işləməyib.
Belə çıxır beynəlxalq ictimaiyyət rəsmi Yerevanın bütün bəyanatlarına inanır. Onu da xatırladaq ki, hələ Mahmud Əhmədinijat prezident olmazdan öncə İslam Respublikasının atom sahəsinə embarqo daha cidd olduğu illərdə Rusiyanın İrana nüvə texnologiyasını Ermənistandan ötrüdüyü haqda dünya mətbuatında, o cümlədən də Qərb KİV-də xəbərlər yayılmışdı.
Bundan başqa Ermənistanın verdiyi bu sayaq bəyanatlar indiyə kimi nə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri, nə də ABŞ-ın uyğun qurumları tərəfindən yoxlanılmayıb. Yoxlama aparılmadığından belə ehtimal etmək olar ki, Buşhər AES-in açılışında ABŞ-da maraqlı olub.
Sədrəddin Soltan

692