Ermənistanın taxıl ehtiyacını İran ödəyəcək
Bir müddət öncə Ermənistanda iki həftəlik taxıl ehtiyatının qaldığı barədə xəbərlər yayılmışdı. Rusiyanın taxıl ixracını dayandırdığı haqda bəyanatı da Yerevanı yardımçı axtarmağa vadar edib.
Lent.az-ın «İRİB news»-a isttinadən məlumatına görə, Ermənistan İran İslam Respublikasından taxıl almaq istiqamətində fəaliyyətini gücləndirib.
Xatırladaq ki, Rusiyada baş vermiş quraqlıq ucbatından dənli bitkilərin 20 faizi itkiyə gedib. Ermənistana isə taxılı bu ölkədən idxal olunur.
Ermənistan ildə 700 min ton taxıl istehlak edir. Bunun 200 min tonu ölkədə istehsal olunur. Son zamanlar bir sıra səbəblər üzündən Ermənistan bu məhsulun idxalını 16 faiz də artırıb.
Ermənistanda istehlakçı hüququnu müdafiə təşkilatının sədri Boqosyanın sözlərinə görə, İranın taxıl istehsalı sahəsində hiss ediləcək dərəcədə artım müşahidə edilir. Odur ki, cari il ölkədə dənli bitki məhsullarının 2,5 milyon ton artacağı gözlənilir: «Ona görə də Ermənistan taxılı bu İslam Respublikasından idxal etməlidir».
Boqosyan deyib ki, İran İslam Respublikası ilə Ermənistan arasında dostluq münasibəti mövcuddur, bu baxımdan tərəflər biri-biri ilə taxıl idxalı-ixracı sahəsində əməkdaşlıq edə bilər.
Sədrəddin Soltan

Oxşar yazılar

ABŞ-da 6 nəfəri daşıyan təyyarə dənizə düşdü
10 iyun 2025 , 07:45
Moskva hava limanlarının fəaliyyəti bərpa olundu - YENİLƏNİB
10 iyun 2025 , 06:11
Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir
10 iyun 2025 , 04:27
Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50