Diplomatın avantürist çıxışına generalın hay-küylü cavabı
ABŞ-ın BMT-dəki keçmiş səfiri Boltonun «avqustun 21-dək İsrail İranın atom obyektlərini vurmasa sonra gec olacaq» - bəyanatına cavab olaraq İslam Respublikası hərbi qüvvələri komandanlığının təmsilçisi, baş qərargahın çevik bölməsinin rəhbəri, briqada generalı Əli Şadmani bildirib ki, İran ordusu bir nömrəli hazırlıq vəziyyətindədir və istənilən hücuma əks-həmlə ilə cavab veriləcək.
Lent.az-ın «Qolos Rossii»-yə istinadən məlumatına görə, general, ehtimal edilən təcavüzə qarşı taktiki plandan danışaraq, bunun üç mərhələdən ibarət olacağını söyləyib: «İlk növbədə biz Hörmüz boğazını tam nəzarətə götürüb, xarici gəmilərin girişinin qarşısını alacağıq. İkinci, hücumla bağlı azacıq təhlükə hiss etdikdə, İran İslam Keşikçilər Qvardiyasının daimi nəzarəti altında olan ABŞ-ın İraq və Əfqanıstandakı hərbi bazalarını iflic edəcəyik. Üçüncü və sonuncu mərhələdə isə İsrailə zərbə endirəcəyik.
Bununla da dünyanı bu ölkədən məhrum edəcəyik. İsrail və ABŞ yaxşı bilir ki, biz buna qadirik».
Avqustun 21-də işə düşəcəyi gözlənilən Buşhər Atom Elektrik Stansiyasının vurulacağı haqda deyilənləri o, «siyasi kələk» adlandırıb.
İranlı generalın «təcavüzə qarşı üç mərhələli plandan» danışması özü-özlüyündə rəqibi, indiki halda İsrail və ABŞ-ı hədələməkdir. Heç kimə sirr deyil ki, körfəzdə ABŞ-ın da hərbi gəmisi, eləcə də 10 mindən çox dəniz piyadası var. Bu baxımdan, İran hərbi qüvvələrinin əməliyyata başlayacağının mümkünlüyü şübhəlidir. Bir də təcavüz zamanı atılacaq addımı, başqa sözlə, «hərbi sirri» açmağa ehtiyac var idimi?
Odur ki, Boltonun avntürist çıxışının general tərəfindən belə cavablandırılması da daha çox hay-küy salmağa oxşayır…
Sədrəddin Soltan

495