İran mühəndisləri ilk dəfə öz layihəsi ilə AES tikəcək
On bir ildir, Moskva Tehrana Buşəhr Atom Elektrik Stansiyasını istismara verəcəyi ilə bağlı vədlər verir. İran XİN-in sözçüsü Ramin Mehmanpərəst bildirib ki, hazırda AES-də planlaşdırılmış son yoxlama işlər aparılır. Nazirlik təmsilçisi deyib ki, elektrik stansiyası tam fəaliyyət başlayandan bir neçə ay sonra yanacaq əldə ediləcək.
Rusiya mənbələri isə bildirib ki, Buşəhr AES gələn həftənin əvvəlində işə düşə bilər. Avqustun 21-də keçiriləcəyi gözlənilən təntənəli tədbirə Rusiya atom enerji təşkilatının başçısı Sergey Kirienko və RF energetika naziri Sergey Şmatkonun da qatılacağı gözlənilir.
İran parlamentinin milli təhlükəsizlik və xarici işlər üzrə komitəsinin sədri Əlaəddin Brücerdi bildirib ki, İslam Respublikası alimləri tərəfindən hazırlanmış layihəyə əsasən ilk Atom Elektrik Stansiyasının tikintisinə başlayacaqlar.
Lent.az-ın «İSNA»-ya istinadən məlumatına görə, komitə sədri Tehranın Fransa, Almaniya və ABŞ-ı AES-lə bağlı gələcək layihələrdə iştiraka dəvət etdiyini söyləyib.
Brücerdi onu da bildirib ki, yeni AES Dərhovində inşa ediləcək.
Parlament təmsilçisinin sözlərinə əsasən, Qərb dövlətlərinin nüvə yanacağının mübadiləsi ilə bağlı vədlərinə inanmadığından, İran uranın zənginləşdirilməsini istiqamətində işlərini davam etdirəcək. Ə.Brücerdi deyib ki, Qərb dövlətləri, o cümlədən Fransa, Almaniya və ABŞ «öhdəlikləri dəfələrlə pozub, onlara etimad krediti bitib».
Onun sözlərinə görə, Rusiya Buşəhr AES üçün yanacaq verdiyi üçün etibar qazanıb: «Mən Moskvanı İslam Respublikası qarşısında götürdüyü bütün öhdəliklərə əməl etməyə çağırıram».
Xatırladaq ki, 1975-ci ildə Almaniyanın «Siemens» şirkəti bu stansiyanın tikintisinə başlayıb. Ancaq 1979-cu ilin fevral inqilabından sonra inşaat işləri dayandırılıb. 1000 meqavtt gücündə olacaq AES-də yarımçıq qalmış işləri 1995-ci ildən Rusiya mütəxəssisləri davam etdirir. Moskva vədinə əsasən stansiyanı 1999-cu ildə təhvil verməli idi. 2009-cu ilin yanvarında Rusiya tərəfi nüvə yanacağının tədarükünü dayandırıb.
Bir müddət öncə Rusiya atom enerji təşkilatının başçısı Sergey Kirienko bildirmişdi ki, Buşəhr stansiyasında tezliklə işlər başa çatacaq və cari ilin avqustunda istismara veriləcək. Baş nazir Vladimir Putin isə bu ilin martında demişdi ki, müəssisənin birinci bloku 2010-cu ilin yayında işə düşəcək. «Atomstroyeksport»-u idarəsinin rəisi Vladimir Pavlov onda AES-in 2010-cu ilin iyulunda istismar veriləcəyini söyləmişdi.
Sədrəddin Soltan

543