İran hakimiyyətində nüfuz mübarizəsi ciddiləşir
İran hökumətinin BMT-nin qəbul etdiyi sanksiyalara qarşı münasibəti, gördüyü tədbirlər ölkənin aparıcı mətbuatı tərəfindən də tənqid olunur.
Ötən gün Tehranda çıxan «Tehran-e-emruz» («Gündəlik Tehran») qəzeti İranın «dost olmayan dövlətlərdən» valyutanı çıxarması siyasətini tənqid edərək, bunu «peşəkarlıqdan uzaq addım» adlandırıb. Mətbu orqanının yazdığına görə, prezident bu addımı Mərkəzi Bankın diktəsi ilə atıb.
Qəzetə cavab verən ölkənin əsas maliyyə qurumu isə bildirib ki, bu addım İranın valyuta ehtiyatının qorunması məqsədi daşıyır.
Lent.az-ın «İRİB nyus»-a əsaslanın məlumatına görə, bank «Tehran-e emruz»-u dövlət maraqlarını güdməməkdə suçlayıb.
Bundan başqa, Mərkəzi Bank qeyd edib ki, İranın maliyyə və bank fəaliyyəti haqqında qanununa əsasən, bankın əsas məqsədi ölkədə milli valyuta kursunu qoruyub saxlamaqdır. «Bu məqsədi həyata keçirmək üçün Mərkəzi Bank çeşidli vasitələrdən , eləcə də xarici dövlətlərlə qarşılıqlı əməkdaşlıqdan istifadə edir. Birtərəfli sanksiyaların tətbiq edildiyi şəraitdə Mərkəzi Bank maliyyə və bank fəaliyyətinin məhdudlaşdırılması məqsədi ilə ölkənin pul siyasətinə yenidən baxmağa borcludur. Odur ki, valyuta ehtiyatını qorumaq üçün bank vacib xəbərdarlıq tədbirləri həyata keçirir. Bu zaman bank hesablarının qapadılması və ya dondurulmasına, eləcə də valyuta ehtiyatının azalmasına yol verilməməlidir» - deyə, maliyyə qurumu bildirib.
Hökuməti indiki halda yalnız qəzetlər deyil, parlament də kəskin tənqid edir. Ölkədəki mövcud siyasi, iqtisadi və sosial vəziyyət, habelə sanksiyalardan doğan gərginlik hakimiyyətin qanunverici və icraedici qurumları arasında da qarşıdurma yaradıb.
Lent.az-ın «canaz.tv»-yə istinadən məlumatında bildirilib ki, Mahmud Əhmədinijat din xadimlərinin qarşısında çıxışı zamanı parlament sədri Əli Laricaninin qardaşı, ədliyyə naziri Sadiq Laricanini tənqid edib.
Qeyd edək ki, Ə.Laricani haqda tənqidi məqalə yazdığına görə prezident aparatının məsulu Cəfər Behdad Ədliyyə Nazirliyi tərəfindən cəzalandırılıb.
«Tehran press»-in bildirdiyinə görə, S.Laricani Əhmədinijatın tənqidinin «yersiz» çıxış adlandırıb: «Prezident təmkinli, ləyaqətli və ədalətli şəkildə danışmalıdır».
Xatırladaq ki, Laricanilərlə Əhmədinijat arasında gərginlik bir neçə aydır diqqəti cəlb edir. Parlamentin sədri Əli Laricani məclisin sessiyasında hökumətin iqtisadi siyasətini dəfələrlə tənqid edərək deyib ki, əgər hökumətin yüksək vəzifəli rəsmiləri qanuna və parlamentin Ana yasa hüququna qarşı çıxarsa, onda parlament onları vəzifədən kənarlaşdırma haqqından yararlanacaq.
Onu da yada salmaq lazımdır ki, ali rəhbərlik (ayəlutta Xamneyinin başçılıq etdiyi qurum) və Nəzarət Şurası (bu da rəhbərliyə aid qurumdur, seçkiləri keçirir, parlamentin qəbul etdiyi qanunlar onun təsdiqindən sonra qüvvəyə minir və s.) adlı qurumların da baş vermiş gərginlikdə rolu az deyil.
Ali rəhbərə və Nəzarət Şurasına yaxınlığına görə, prezident Mahmud Əhəmdinijat qəbul etdiyi qərarlar barədə parlamentə məlumat vermir, yaxud onun kabinetinin həyata keçirdiyi qanunlar qanunverici orqanın təsdiqinə təqdim edilmir.
Elə bu günlərdə Əli Laricani bildirib ki, hökumət məclis tərəfindən təsdiqlənməyən qanunları icra edəcəyi halda, o, «qanun yollara əsaslanaraq, hökumətlə qarşıdurmaya hazır»dır.
Jurnalistlərə müsahibəsində Ə.Laricani bunları deyib: «Ölkə Ana Yasasına əsasən, hökumət öz qərarlarını parlamentin təsdiqinə təqdim etməlidir. Gerçəklikdə bu baş vermir. Bu isə ciddi qanun pozuntusu deməkdir».
Parlament sədrinin sözlərinə görə, 2010-cu ilin martından etibarən hökumət qərarların məclisə təqdimatını dayandırıb. Deputatlar prezidentdən, hökumət başçısı Əhmədinijatdan parlamentdə sözügedən məsələ ilə bağlı izahat verməsini istəyiblər.
Prezidentin parlamentdəki xüsusi təmsilçisi bildirib ki, sənədlər əvvəlki kimi yenə də qanunverici orqana təqdim edilir: «Laricaninin dedikləri ağ yalandır».
İranın keçmiş prezidenti və hazırda Parisdə mühacirətdə yaşayan Əbülhəsən Bənisədr olayı belə şərh edib: «Əhmədinijatla İranın başqa yüksək vəzifəliləri arasındakı mübahisə ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ilə bağlıdır. Gərginliyin səbəblərindən biri də İslam Respublikasının ali rəhbəri ayətulla Xamneyinin və İnqilab Keşikçiləri Qvardiyasının ötən ilki prezident seçkisində Mahmud Əhmədinijatı dəstəkləməsidir».
Vaşinqtondakı Yaxın Şərq İnstitutunun siyasi təhlilçisi, İranda anadan olmuş Aleks Vatankanın sözlərinə görə, ayətulla Xamneyi güc strukturları arasında nüfuzunun zəifləməsindən rahatsızdır. Onun fikrincə, ölkənin ali rəhbəri bu qurumlarda Əhmədinijatın, yaxud başqa birinin nüfuzunun güclənməsini istəmir: «Buna görə də Əli Laricaniyə imkan verilir ki, Əhmədinijatla üz-üzə dursun».
Onun qənaətincə, İran hakimiyyətdəki çəkişmələr ABŞ prezidenti Barak Obamanın Tehranla yaxınlaşmaq planlarını daha da çətinləşdirir.
Beləliklə, baş verənlərə əsasən İslam Respublikasının yüksək eşelonunda nüfuz uğrunda mübarizənin ciddiləşdiyini ehtimal etmək olar.
Sədrəddin Soltan

466