Yerevanda Ermənistan İranla oynayacaq
Erməni mütəxəssis: «Tehran hərbi əməliyyatların başlamasında maraqlı deyil»
İran hakimiyyəti təcavüzkar olaraq tanıdığı Ermənistanla dostluq əlaqələrini genişləndirir.
Lent.az-ın «Panorama.am»-a isttinadən məlumatına görə, bu gün İranın futbol üzrə yığma komandası ilə Ermənistan millisi arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılıb.
Ermənistan Futbol Federasiyasının bildirişinə əsasən, bu oyunun biletləri ölkənin «Razdan» adına stadionu yaxınlığındakı bazarda və kassalarda, eləcə də «Hümmel» adlı mağazada satılır. Biletlərrin qiyməti 1500-4000 dirəmdir.
Tehran hakimiyyətinin Yerevanla bu sayaq davranışı erməniləri işğal etdikləri ərazidən çıxmamaq üçün arxayın salmaqdadır.
«Norvank» adlı siyasi araşdırma mərkəzinin mütəxəssisi Sevak Saruxanya «ARMENIA Today»-ə müsahibəsində deyib ki, Qarabağda hərbi əməliyyatların başlamasında İranın maraqlı olması haqda bəyana məntiqi deyil.
Onun sözlərinə görə, İslam Respublikası sərhədləri daxilində hərbi əməliyyatların başlamasında maraqlı ola bilməz : «Hər kəsə aydındır ki, münaqişə bölgəsinə yaxın günlərdə sülhməramlı qüvvələr yeridiləcək. Həmin sülhməralıların tərkibində iranlılar yoxdur.Odur ki, xarici hərbçilərin İranla həmsərhəddə mövcudluğu Tehranın maraqlarını təmin etmir. Bundan başqa hazırda İran dolayı yolla da olsa, İraq və Əfqanıstandakı problemlərin həllinə cəlb edilib. O, orada ABŞ-ın təsiri azalatmağa cəhd göstərir. Ona görə də Tehran Cənubi Qafqazda sabitliyin təmin olunması üçün bütün gücünü sərf edir».
Sədrəddin Soltan
Tehrandan hərbi müəssisələr göçürülür
İran İslam Respublikası savaşa hazırlaşır. Lent.az-ın «Press TV»-yə istinadən məlumatına görə, hakimiyyət müdafiə təyinatlı bütün müəssisələri Tehrandan çıxarmağa hazırlaşır.
Müdafiə naziri, briqada generalı Əhməd Vahidi məsələyə belə aydınlıq gətirib: «Biz hərbi müəssisələrin yerini dəyişmək prosesinə başlamışıq. Müdafiə təyinatlı bütün müəssisələrin mümkün qədər qısa bir zamanda Tehrandan çıxarmağı planlaşdırırıq».
Nazirin sözlərin görə, sənaye obyektlərinin Tehrandan çıxarılması mürəkkəb bir tapşırıqdır, çünki belə bir şəraitdə həm də istehsal davam etdirilməlidir.
«Avadanlığın yerdəyişməsi və infrastrukturun yaradılması az vaxt aparmayacaq. Bununla yanaşı, hakimiyyət mühəndisləri, texnikləri, alimləri və müəssisələrin əməkdaşlarının köçürülməsi ilə bağlı problemləri unutmamalıdır» - deyə o, bildirib.
Jurnalistlərin «Amerika casus təyyarələrinin İranın hava sərhədlərini keçərək kəşfiyyat materialları toplaması doğrudurmu» sualını cavablandıran Ə.Vahidi bunları deyib: «Amerikalıların casusluqla məşğul olmasına şübhə yoxdur. Ancaq mən onlara Hərbi Hava Qüvvələrimizin qüdrətini və Raket Hücumundan Müdafiə sistemimizin güclü olduğunu da xatırlamalıyam. Gələcəkdə də onların bütün imkanlarından yararlanaraq, bu istiqamətdə fəaliyyət göstərəcəklərinə şübhə etmirəm».

532