Güney Azərbaycanlı məhbus işgəncədən komaya düşüb
09 avqust 2010 14:15 (UTC +04:00)

Güney Azərbaycanlı məhbus işgəncədən komaya düşüb

Tehran hakimiyyəti milli haqlarını tələb edən Azərbaycan türklərinə qarşı təzyiqləri davam etdirir. Ölkənin çeşidli bölgələrində azərbaycanlı fəallar işdən qovulur, işlə təmin edilmir, izlənilir, həbs olunur, bu azmış kimi, həbs olunanlar işgəncələrə məruz qalır.

Lent.az-ın «canaz.tv»-yə istinadən məlumatında bildirilib ki, ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanılan hüquq müdafiəçisi Yunis Süleymani elektrik stulunda məruz qaldığı işgəncə nəticəsində koma vəziyyətinə düşüb. Bir həftədən arıqdır, Y.Süleymani həkim nəzarəti altındadır. Ailəsinin verdiyi məlumata əsasən, onun sağlıq durumu ağırdır. Həbs olunmazdan öncə o, böyrəyindən cərrahiyə əməliyyatı olunub.

Xəbərdə xatırladılır ki, Yunis Süleymani Azərbaycan Milli hərəkatının təəssübkeşlərindəndir. O, Güney Azərbaycanın Həmədan şəhərindəki Əbu Əli ibn Sina adına Universitetdə «Türk dili və Ədəbiyyatı» adlı qurumun keçmiş sədridir.

Onu da qeyd edək ki, həmin universitetdə çıxan «İldırım» adlı dərginin və «Türk ocağı» adlı tələbə cəmiyyətinin keçmiş rəhbəri Əhməd Ağayi də ETTELAAT-ın yerli məmurları tərəfindən həbs olunub. Təhlükəsizlik xidməti və məhkəmə orqanına tabe qurumlar ona qarşı irəli sürülən saxta ittihamları qəbul etdirmək üçün işgəncələrdən istifadə ediblər.

Məhbuslarla bağlı başqa məlumata görə, ərəblərin çoxluq təşkil etdiyi İranın Əhvaz şəhərində narkotik maddələrin qaçaqmalçılığında təqsirli bilinən 5 nəfər edam olunub.

Lent.az-ın İan KİV-ə istinadən məlumatında bildirilib ki, hökm Əhvazın «Karun» adlı həbsxanasında icra edilib.

İyulda bu ittihamla 7 nəfər dar ağacından asılıb. Onlardan 4-ü Kirman əyalətindəki, 3 –ü isə Əhvazdakı cəzaçəkmə müəssisəsində edam olunub.

Hüquq müdafiəçilərinin apardığı monitorinqə əsasən, cari ilin ilk 7 ayı ərzində ölkədə 92 nəfər barəsində çıxarılmış ölüm hökmü icra edilib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar