Əhmədinijat “Hizbullah” ilə görüşə gedir
09 avqust 2010 13:30 (UTC +04:00)

Əhmədinijat “Hizbullah” ilə görüşə gedir

Ayətulla Xamneyinin müşaviri Vilayəti isə Suriyadadır

İran İslam Respublikası rəhbərliyinin Livandakı “Hizbullah” təşkilatına özəl münasibət bəslədiyi sirr deyil.

Ölkə prezidenti Mahmud Əhmədinijat yaxın günlərdə bu ölkəyə səfər edəcəyini açıqlayıb.

Lent.az-ın «AFP»-a istinadən məlumatına görə, İranın xarici işlər naziri Mənuçehr Müttəki livanlı həmkarı Əli əl Şami ilə görüşündə bu haqda açıqlama verib.

İranlı nazirin sözlərinə görə, səfər Orucluqdan sonra baş tutacaq: «Sionist təcavüzünün qarşısını almaq üçün İslam Respublikası Livan və Suriya hakimiyyəti ilə çiyin-çiyinə mübarizə aparacaq».

O, bildirib ki, hazırda hər iki dövlətin rəhbərliyi «təcavüzkara» qarşı duruş gətirmək üçün məsləhətləşmələr aparır: «Biz qardaşlarımızın istənilən tələbatını ödəməyə hazırıq».

Xatırladaq ki, Mahmud Əhmədinijat prezident kimi indiyədək Livanda olmayıb. Sonuncu dəfə 2003-cü ilin mayında Məhəmməd Xatəmi prezident kimi bu ölkəyə səfər edib. 2008-ci ilin noyabrında isə Livanın prezidenti Mişel Süleyman Tehranda rəsmi səfərdə olub.

İran KİV-in məlumatına əsasən, İranın ali rəhbəri ayətulla Xamneyinin beynəlxalq məsələlər üzr müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti Livana səfərini başa vuraraq, üç günlüyə Suriyanın paytaxtı Dəməşqə gəlib. O, burada bölgənin problemlərini, o cümlədən Fələstin məsələsini, İranın atom-nüvə proqramı ətrafında yaranmış durumu müzakirə edib.

Xəbərlərdən göründüyü kimi, Tehran hakimiyyəti gözlənilən iqtisadi, siyasi və sosial böhrandan yaxasını qurtarmaq üçün ilk növbədə ona yaxın olan qonşularla müzakirələr aparır. Əhmədinijatın Livan səfəri sıradan bir səfər sayılmaya bilər. Çünki İran Orucluqdan sonra atom-nüvə proqrammı ilə bağlı Qərblə də danışıqlara aparmağa hazır olduğunu bəyan edib. Bu baxımdan, perspektivdə Livandakı Tehran meylli qüvvələrdən, eləcə də Suriya hakimiyyətindən dəstəklənəcəyi ilə bağlı qəti təminat almaq niyyətindədir. Vəziyyətin gərginləşəcəyi təqdirdə iranyönlü hərbi birləşmələrin pozuculuq fəaliyyət göstərəcəyi ehtimalını bura daxil etmək olar.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35