HƏMAS İsrailə müharibə elan etdi
03 sentyabr 2010 12:22 (UTC +04:00)

HƏMAS İsrailə müharibə elan etdi

Fələstin Muxtariyyatının rəhbəri Mahmud Abbasın Vaşinqtonda İsrail baş naziri Benyamin Netenyahu ilə sülh danışıqlarına başlamasına HƏMAS sərt reaksiya verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Benyamin Netenyahunun işğal olunmuş Fələstin torpaqlarında yəhudi yaşayış məskənlərinin salınmasını dayandırmamağa söz verməməsi fonunda Mahmud Abbasın danışıqlara başlamasını satqınlıq sayan HƏMAS İsrailə müharibə elan etdiyini bildirib.

Qəzzada mətbuat konfransı keçirən HƏMAS silahlılarının rəhbəri Əbu Ubeyd deyib ki, o, İsrailə müharibə elan edən 13 Fələstin fraksiyasını təmsil edir: “Bu qruplar istənilən yerdə və istənilən vasitələrlə israillilərə zərbə endirəcək. Kamikadze hücumları da bu sıradadır”.

Əbu Ubeyd Xevron və Ramallahda 4 israillinin öldürülməsi məsuliyyətini də HƏMAS-ın öz üzərinə götürdüyünü bildirib. O, HƏMAS-ın ABŞ prezidenti Barak Obamanın sərt çıxışından da narahat olmadığını söyləyib.
# 646

Oxşar yazılar