Minskin Tehranla «dostluğunun» sirri açıldı
ABŞ İranla əlaqədar daha 21 şirkətə qarşı sanksiya tətbiq edib. Lent.az-ın «RİANovosti»-yə istinadən məlumatına görə, İran hakimiyyətinin nəzarəti altında olan maliyyə, sığorta, sərmayə, faydalı qazıntıların hasilatı və sənayesi sahələri ilə əməkdaşlıq edən şirkətlərə yasaq tətbiq olunub.
ABŞ-ın Maliyyə Nazirliyi vətəndaşlarına İranın belə müəssisələri ilə sövdələşmələrdən imtina etməyə məsləhət görüb.
Onların sırasında Belarusda fəaliyyət göstərən «Onerbank» maliyyə qurumu da var. Amerikanın Maliyyə Nazirliyi əminliklə bildirib ki, həmin maliyyə müəssisəsinə İranın bank qurumları nəzarət edir.
Bundan başqa ABŞ-ın sözügedən sanksiyası «Export Development Bank of Iran», «Sina Bank» və «Torgonov Kapital»a tətbiq ediləcək. İndiyə qədər Vaşinqtonun qadağasına İslam Respublikasının 17 bankı məruz qalıb.
«Iran Foreign Investment Company», eləcə də Düsseldorfda yerləşən, İran hakimiyyəti tərəfindən nəzarət edilən «IFIC Holding» və «IHAG Traiding» sığorta şirkətələri də sanksiya tətbiq olunanlar sırasındadır.
Bundan başqa 14 neft-qaz hasil edən və kəşfiyyat şirkəti də qadağalara məruz qalanlardandır.
Xatırladaq ki, ABŞ hakimiyyəti vaxtaşırı olaraq, sanksiya tətbiq ediləcək qurumların siyahısını təzələyir. Sonuncu dəfə iyunun 17 –də siyahı elan olunmuşdu. Onda 30 yeni şirkətin adı açıqlanmışdı.
Sədrəddin Soltan

Oxşar yazılar

Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir
10 iyun 2025 , 04:27
Moskvada fövqəladə vəziyyət - Bütün hava limanları bağlandı
10 iyun 2025 , 02:38
Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54