ABŞ Əhmədinijata «sui-qəsdi» araşdırır
Dünən İran prezidenti Mahmud Əhmədinijata sui-qəsd edilməsi xəbəri yayıldıqdan bir neçə saat sonra məlumat Tehran tərəfindən təkzib edildi.
Lent.az-ın «rian.ru»-ya istinadən məlumatına görə, ABŞ kəşfiyyat vasitəsilə və açıq informasiya kanalları ilə məsələyə dair məlumat toplayacaq.
Bu haqda Dövlət Departamentinin təmsilçisi Filipp Krouli məlumat verib: «İstifadə etdiyimiz mənbələrə əsaslanaraq, baş verən hadisəni öyrənməyə çalışacağıq. Bu zaman həm açıq mənbələrdən, həm də xüsusi xidmət orqanlarının kanallarından yararlanacağıq».
Onun sözlərinə görə, ABŞ baş verən olaya münasibətini müəyyənləşdirməyib.
Xatırladaq ki, dünən Əhmədinijat Güney Azərbaycanın Həmədan əyalətinə səfər edib. Səfər zamanı onun kortejinə qumbara atıldığı və İranın hökumət başçısının zərər görmədiyi, bir neçə nəfərin yaralandığı barədə məlumat yayılmışdı. Bunun ardınca İranın rəsmi informasiya vasitələri xəbəri təkzib edərək, bildirib: «Prezidentə qarşı sui-qəsd olmayıb».
Sədrəddin Soltan

Oxşar yazılar

Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14