Əhmədinijat Obamanı “kişi kimi” danışığa çağırdı
İraqın keçmiş prezidenti Səddam Hüseyn bir vaxtlar ABŞ prezidenti kiçik Corc Buşu təkbətək danışığa, bir müddət sonra isə qol tutub güləşməyə çağırmışdı.
İran İslam Respublikasının hökumət başçısı Mahmud Əhmədinijat da Buşu təkbətək teledebata dəvət etmişdi.
Gələn ay BMT Baş Assambleyasının növbəti sessiyasının keçiriləcəyi gözlənilir. Həmin tədbirdə iştirakı gözlənilən İran prezident Mahmud Əhmədinijat orada Ağ Evin indiki yiyəsi Barak Obama ilə beynəlxalq problemləri «kişi kimi üz-üzə»müzakirə etməyi təkli edib: «Biz bu tədbirə qatılmaq niyyətindəyik. Biz Obama ilə kişi kimi üz-üzə oturub, hamının gözü qarşısında dünyanın problemlərini müzakirə etməyə hazırıq. Onda kimin məsələyə yanaşmasının daha doğru olduğu bilinəcək. Biz bunu ən yaxşı üsul sayırıq».
İran televiziyasının yaydığı bu çıxışda o, Obamanı Tehranla münasibət qurmamaqda qınayıb: «O, şəraiti dəyişmək istədiyini bəyan etdi. Biz onun bu istəyini alqışladıq. Təəssüf ki, Barak Obama tarixi imkandan düzgün yararlanmadı».
Onun sözlərinə görə, ABŞ prezidenti «sionistlərə daha çox önəm verir». Əhmədinijat Barak Obamanın təzyiqlər altında olduğundan xəbərdar olduqlarını da söyləyib.
Burda bir məsəlin yeri görünür. Güləş yarışı keçirilirmiş. Pəhləvanlardan biri hökmdarla güləşmək istədiyini bildirir. Hökmdar bundan imtina edir. Səbəbini isə belə açıqlayır : «Mən onu yıxsam, deyəcək ki, bəs necə olmalıydı, hökmdara yıxıldım». Bununla hər yerdə öyünəcək. Yıxılsam «hökmdarı yıxdım» - deyib, özünü öyəcək. Hər ikisində bu yarışma onun xeyrinə olacaq».
Sədrəddin Soltan

Oxşar yazılar

Trampdan daha bir sərt addım - Los-Ancelesə daha 2000 əsgər göndərir
10 iyun 2025 , 04:27
Moskvada fövqəladə vəziyyət - Bütün hava limanları bağlandı
10 iyun 2025 , 02:38
Qolf meydançasına göydən köpək balığı düşdü
9 iyun 2025 , 19:19
Qadını xəstəxanaya qəbul etmədilər, yol kənarında doğdu
9 iyun 2025 , 19:10
Mühasib yarım milyon dollar oğurlayıb tiktokerlərə xərclədi
9 iyun 2025 , 18:50
Ana-oğul intim filmə çəkilmək istəməyən qadını döyüb zorladılar
9 iyun 2025 , 15:50
Zibil qabından 12 milyon pul tapdı
9 iyun 2025 , 13:54