Təbrizli futbolsevərlər FİFA-ya irqçilərdən şikayət edib
İran Futbol Federasiyası təbrizlilərə qarşı ədalətsizlik edir
Ötən həftə Təbriz bələdiyyəsinin «Sərdari Təbriz» futbol komandası ilə Tehranın «Piruzi» komandası arasında Təbrizdə İranın güclülər dəstəsi qrupunda keçirilmiş oyun zamanı paytaxt klubunun tərəfkeşləri özlərini çox çılğın apardıqlarından və türklərə qarşı təhqiredici, siyasi, milli şüarlar söylədiklərinə görə azərbaycanlılar tərəfindən uzun illərdən sonra cavablarını alıblar.
İran Futbol Federasiyasının İnzibati Komitəsi Təbriz komandasını cəzalandırıb.
Lent.az-ın «CanAzTv»-yə istinadən məlumatında bildirilib ki, federasiya təbrizli azarkeşlərin yarış zamanı meydana çeşidli əşyalar atdığını, habelə «İstiqlal»çılara qarşı kobudluq etdiklərini bəyan edib.
Klubun azarkeşləri «Traktorqayırma» ilə Tehranın «İstiqlal» komandası arasında keçirilmiş oyun zamanı baş verənləri xatırladaraq, federasiyanın «yarışların iki oyun azarkeşsiz keçirilməsi» qərarını pisləyərək, ölkənin teleradio şirkətinə etirazlarını bildiriblər.
Qeyd edək ki, İranın futbol qurumu «Traktoqayırma» barəsində kəskin qərar çıxarmışdı. Həmin qərara görə, «traktorçular» iki oyunun öz meydanlarında azarkeşsiz oynayacaqlar.
Həmin bəyanatdan bəzi məqamları diqqətinizə çatdırırıq:
« -Meyvəsuyu qabalarını tullamaq nə zamandan «Piruzi» tərəfdarlarının Azərbaycan türklərini təhqir edən şüarlarından daha mühüm olub?
- Bütün canlı şahidlər bu hadisələrin baş verməsində günahı «İstiqlal»çıların tərəfdarlarının təhrikedici və təhqiredici şüarlar verməsində görürlər;
- Bir çox seyrçi hesab edir ki, baş verənlər Tehran hakimiyyəti tərəfindən planlaşdırılmış ssenaridir. Belə bir qərar «Traktorqayırma» klubu barəsində də çıxarılıb;
- Bu baxımdan Təbrizin bələdiyyə komandası barəsində eyni qərarın çıxarılmasına səbəb nə ola bilər?»
«Sərdari Təbriz»in tərəfkeşləri İran Futbol Federasiyasının çıxardığı qərarı «ədalətsiz» adlandıraraq, ona yenidən baxılmasını təklif edib.
Bundan başqa, Güney Azərbaycanın futbolsevərləri Tehran hakimiyyətinin «Traktorqayırma»ya siyasi, irqi münasibət göstərməsinə etiraz olaraq, Beynəlxalq Futbol Federasiyasının prezidenti Cozef Blatterə şikayət məktubu ünvanlayıblar.
Məktubda o da bildirilib ki, 2010-ci iyulun 27-də Tehranın «Azadi» stadionunda cərəyan edən «Tiraktorqayırma» ilə yerli «Perspolis» oyununun reportajında on minlərlə fars azarkeşin təhqiredici, irqçi şüarları İran televiziyasında açıq-aşkar eşidilirdi: «Oyundan dərhal sonra isə qəzetlərin yaydıqları məlumatlarda Azərbaycan türklərinin təhqir edilməsi, onların tutuqlanması, döyülən və xəstəxanalara köçürülənlərin siyahısı yox, birbaşa keçirilməyən bir məhkəmənin qərarlarının verilməsi haqda məlumatlar dərc edildi.
Burası İrandır! Burada insanları cəzalandırılandan sonra günahının olub-olmaması haqda düşünürlər...
Hörmətli Prezident!
Biz müraciəti imzalayanlar, İran İslam Respublikasının futbol super liqasında baş verən irqçi siyasətin dayandırılmasını yönündə bizə yardımçı olmanızı xahiş edirik.
İran İslam Respublikası futbol meydançalarının irqçi amaclar üçün istifadə edilməsinin qarşısını almaq və İran Futbol Federasiyasının irqçi qərarlar verməməsi, habelə daha adil olması hər bir humanist bir insanın arzusudur... Biz inanırıq ki, idmanın ruhu və fəlsəfəsi bir daha insanlarımızı dostluqla bərabərliyə səsləyəcək...»
Sədrəddin Soltan

598