Fətullah Gülən ölülərin səs verməsini istəyir
“Mən onların səsverməyə gələcəklərini zənn edirəm...”
Nurçu təriqətinin ABŞ-da yaşayan lideri Fətullah Gülən sentyabrın 12-də Türkiyədə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma münasibət bildirib.
Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Fətullah Gülən deyib ki, indiyə qədər baş vermiş hərbi çevrilişlər və hərbi çevrilişlərdən sonra hazırlanan Konstitusiyalar xalqa ziyan verib.
Təriqət lideri hesab edir ki, bəziləri öz mənfəətləri üçün türk millətini sağçı və solçu olaraq ayırıb, bir-birinə qırdırıb: “12 mart olaylarından sonra həbs edildim. Həbsxanada həm millətçilər, həm də solçu gənclər vardı. Onlarla söhbət edən zaman hamısının müzakirəyə açıq insanlar olduğunu gördüm. Eyni silahla bir-birini öldürən ülküçülər və solçular Allaha, peyğəmbərə inanan saf insanlar idi. Bu mübarizədə başqa mənfəətləri yox idi. Sadəcə, bu Vətən övladları bölüklərə ayrılaraq illərlə vuruşublar”.
Fətullah Gülən bildirib ki, tək kişi, qadın və uşaqları deyil, dünyanın dörd bir tərəfindəki insanları, hətta məzardakıları belə qaldıraraq referendumda “hə” səsi verdirmək lazımdır: “Məzardakılar belə ayağa qalxsınlar. Mən onların səs verməyə gələcəklərini zənn edirəm. Referendum tək 12 sentyabr hərbi çevrilişini həyata keçirənlərin mühakimə olunmasına yol açmayacaq. Dindarlar intiqam arxasınca qaçmazlar. Referendum paketinin içərisində millətimiz üçün çox önəmli maddələr var”.
Fətullah Gülənə bir zamanlar 12 sentyabrda hərbi çevrilişə rəhbərlik edən Kənan Evrenə cənnət arzulaması da xatırladılıb. Onun cavabı isə dolaşıq olub: “Hər pis insanın yaxşı tərəfi də var. Kənar Evren məktəblərdə din və əxlaq dərsini məcburi olaraq keçirilməsi barədə göstəriş verdiyi üçün bir müsahibəmdə dedim ki, əgər bunu könüldən edibsə, Allah onu əfv edər”.
Qeyd edək ki, Türkiyədə əsas müxalif partiyalar, hakimlərin əksəriyyəti AKP-nin təşəbbüsü ilə səsverməyə çıxarılacaq referendum layihəsinin ölkədə məhkəmə hakimiyyətinin icraedici hakimiyyətin nəzarəti altına keçirilməsini nəzərdə tutduğunu bəyan edib. İsraildən icazə alınmadan Qəzza sektoruna humanitar yardım karvanının göndərilməsini tənqid edən Fətullah Gülənin AKP-yə bu məsələdə dəstək verməsi diqqət çəkir.

589