ABŞ-dan şok etiraf!
02 avqust 2010 10:00 (UTC +04:00)

ABŞ-dan şok etiraf!

Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: “Bəli, İrana hücum planımız var”


ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mixael Mullen NBC telekanalında efirə çıxan “Meet the Press” proqramına qatılıb.


Lent.az-ın Amerika mətbuatına istinadən verdiyi məlumata görə, Baş Qərargah rəisi “Meet the Press” proqramının aparıcısının İranla bağlı sualını da cavablandırıb.


Mixael Mullen ilk dəfə ABŞ-ın İrana hücum planının olduğunu birmənalı etiraf edib: “Bəli, İrana hücumla bağlı bir planımız var və bu, masa üzərindəki variantlardan biridir. Ancaq mən hücum variantının yaxşı bir fikir olmadığını düşünürəm. Əgər başqa planlar nəticə verməzsə, sözsüz ki, hücum planı həyata keçiriləcək”.


İrandan da reaksiya gecikməyib. “İrna” informasiya agentliyinin yaydığı məlumata görə, İran İslam İnqilabını Mühafizə Korpusunun komandir müavini Yadollah Javani deyib ki, ABŞ-ın kiçik bir səhvi Fars körfəzinin təhlükəsizliyinə ciddi problem yaradar: “Fars körfəzi strateji bir bölgədir. Bu bölgə təhlükə altına düşərsə, amerikalılar da itirər, bizim də cavabımız sərt olar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar