Gürcüstan Ermənistana taxıl aparan gəmini saxladı
0
0
Gürcüstan sahil mühafizə xidməti iyulun 29-da Ukraynanın “Akkord” quru yük gəmisini saxlayıb.
Lent.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, gürcü sahil mühafizə xidməti bunu gəminin Abxaziya sularına qanunsuz daxil olması ilə izah edib.
Rostov portundan çıxan gəmiyə Ermənistan üçün nəzərdə tutulmuş taxıl yüklənib. Gəmi yedəyə alınaraq Poti limanının cərimə zonasına gətirilib. “Akkord”un heyət üzvlərinin 11-i Ukrayna vətəndaşı, 1-i Rusiya vətəndaşıdır.
Gəmiyə qarşı Gürcüstanın sahil sularında gəmiçilik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb. Yaxın günlərdə məhkəmə prosesi keçiriləcək.