Yaponiya BMT-dən sərt tərpəndi
Yaponiya hökuməti də Tehran hakimiyyətinə qarşı sanksiya rejimi həyata keçirməyi qərara alıb. Məlumata görə, rəsmi Tokionun İrana qarşı yasağı BMT-nin məlum qətnaməsindən daha kəskindir.
Həmin qərara əsasən, Yaponiya İslam Respublikasının energetika sektoruna sərmayə qoyulmasını yasaqlayıb, eləcə də ticarət sığortasını kəskin şəkildə məhdudlaşdırıb. Yaponların «qara siyahısına» İranın 88 şirkəti və 24 fiziki şəxsi düşüb. Bununla da Tokio BMT-nin sanksiyasındakı firmaların sayını iki dəfə artırıb. Enerjidaşıyıcılarından, o cümlədən İran neftindən asılı olan yaponlar İslam Respublikasının «qara qızılından» imtina etməyib. Düzdür, Yaponiya bu ehtiyacını daha çox Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Qətərin hesabına ödəyir.
Xatırladaq ki, bu yaxınlarda Yaponiyanın tanınmış «Toyota» avtomobil şirkəti yapon hökumətindən öncə İranla ticarət əlaqələrin dayandırdığını bildirmişdi. Ekspertlər “Toyota”nın bu addımını ABŞ-la münasibətləri korlamamaq kimi dəyərləndirsələr də , şirkət islam Respublikası ilə «mal alverinin aşağı səviyyədə olduğunu» bildirib. Onların qənaətincə, İran bazarı bu şirkət üçün «dəryada damla»dır. 2008-ci ildə İranda 4000 “Toyota” satılmışdısa, böhran nəticəsində ötən il satış 250-yə enib. Bu il isə cəmi 220 avtomobil satılıb.
Sədrəddin Soltan

594