İranda ata olanlar məcburən körpəsinin hesabına 22 dollar köçürməlidir
Tehran hakimiyyəti ölkədə gözlənilən sosial partlayış ehtimalını azaltmaq üçün çeşidli proqramlar həyata keçirir.
Mahmud Əhmədinijat prezident olandan sonra özünü sosialist, daha doğrusu, sosial ədalətin tərəfdarı kimi göstərməyə çalışdı. Ancaq bununla bağlı verdiyi vədlərin bir çoxu gerçəkləşmədi.
Lent.az-ın “The Marker” iqtisadi nəşrinə istinadən məlumatına əsasən, İranda doğulmuş hər körpə üçün əmanət banklarında hesab açılacaq.
İlkin olaraq hər yeni doğulan körpənin hesabına 1100 dollar köçürüləcək, bundan sonra hökumət hər il bu hesaba 110 dollar əlavə edəcək. Valideynlər isə həmin hesaba ayda 22 dollar verməyə məcbur ediləcək.
Prezident M.Əhmədinijat bildirib ki, 2010-cu il martın 21-də anadan olmuş körpələr üçün bu hesablar açılacaq. Onun sözlərinə görə, yeni doğulan uşaqlar həddi-buluğa çatanda artıq hesablarında 100 min dollar əldə edərək, özlərinin çeşidli sosial problemlərinin həll edəcək.
Yerli müşahidəçilər hesab edir ki, hakimyyətin bu proqramı ölkənin maliyyə qurumrlarındakı boşluğu aradan qaldırmağa yönəlib. Başqa sözlə, körpələrin adına yatırılması planlaşdırılan həmin maliyyə vəsaitindən hakimiyyət indiki şəraitdə mövcud problemləri həll etmək üçün yararlanacaq. Bununla yanaşı, hər körpənin hesabına valideynlərin məcburi qaydada 22 dollar köçürməsinin də indiki maliyyə böhranından çıxmağa hesablanıldığı ehtimal edilir.
Sədrəddin Soltan

424