Danışıqlar Orucluqdan sonra bərpa ola bilər
27 iyul 2010 10:15 (UTC +04:00)

Danışıqlar Orucluqdan sonra bərpa ola bilər

Dünən Avropa Birliyi atom-nüvə proqramına görə İrana qarşı sanksiya qəbul etdi. Bundan başqa, Türkiyənin xarici işlər naziri Ə.Davudoğlu, Braziliyanın baş diplomatı S.Amorim və İranın xarici işlər naziri M.Müttəki Ankarada görüşərək, iki ay öncə qəbul etdikləri Tehran müqaviləsinin yerinə yetirilməsi ilə bağlı yeni bəyanat verdilər. Onların fikrincə, İslam Respublikasının nüvə proqramı dinc məqsədlidir.

Lent.az-ın “Todays Zaman”-a istinadən məlumatına görə, Türkiyə “altılıq”ın Ankaradakı səfirlərini görüşün nəticələri ilə tanış edib.

Türkiyənin Xarici İşlər Nazirliyi bildirib ki, İran Avropa Birliyi ilə cari ilin sentyabrında, Orucluq ayından sonra danışıqlara başlamağa hazırdır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar