Türkiyə İrana benzin ixracını dayandırır
02 sentyabr 2010 20:39 (UTC +04:00)

Türkiyə İrana benzin ixracını dayandırır

Türkiyə İrana benzin ixracını böyük həcmdə məhdudlaşdırıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ilin iyulunda keçən ilin iyulu ilə müqayisədə Türkiyədən İrana benzin ixracı 74 faiz azalıb və cəmi 35,444 ton benzin ixrac olunub.


Türkiyə BMT Təhlükəsizlik Şurasının nüvə proqramı ilə bağlı İrana qarşı qəbul etdiyi sanksiyaya uyğun olaraq bu ölkəyə benzin ixracını sürətlə azaltmaqdadır. Bu ilin iyulunda Türkiyədən İrana ixrac olunan 35,444 ton benzin faktiki bir standart tankerin tutumu qədər olan yanacaqdır.

Türkiyə İrana satdığı bu 1 tanker benzinə görə 24,42 milyon dollar alıb. Yəni benzinin 1 tonunu 688 dollara satıb.

Qeyd edək ki, İran neft ehtiyatlarına görə dünyanın 3-cü ölkəsi olsa da, bu ölkədə neft emalı sahəsi zəif inkişaf edib və cənub qonşumuz benzinə olan daxili tələbatını ödəyə bilmir. Avropa ölkələri BMT Təhlükəsizlik Şurasının sanksiyasından sonra İrana benzin ixracını dayandırdığı üçün ölkədə fiziki və hüquqi şəxslərə benzin məhdudiyyətlərlə satılır.

Qeyd edək ki, Türkiyənin təbii qazın ötürülməsi ilə bağlı razılaşmanın pozduğuna görə İrana 600 milyon dollar kompensasiya ödədiyi də məlum olub. Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bunu təsdiqləyib və bildirib ki, Ankara iki ölkə arasında imzalanmış müqavilədə nəzərdə tutulduğundan daha az miqdarda qaz aldığından bu miqdarda cərimə ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar